Sizin Reklam Burada

"HƏR GÜN BİR XEYİRXAH İŞ GÖRƏK" - Skaut liderləri bu şüar altında soydaşlarımıza dəstək oldular

"HƏR GÜN BİR XEYİRXAH İŞ GÖRƏK" - Skaut liderləri bu şüar altında soydaşlarımıza dəstək oldularAzərbaycan Skautlar Assosiasiyasının Balakən rayonunda fəaliyyət göstərən skaut liderləri və skautlar müqəddəs Ramazan bayramı günlərində nəcib bir əmələ imza atıblar. Belə ki, Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitə üzvü Sərxan Hacıyev, dəstə lideri Leyla Hacıyeva və onların skautları bir neçə müddətdir ki, sərhəddə növbə gözləyərək öz ailələrinin yanına getməkdə çətinlik çəkən iri tonajlı yük maşınlarını idarə edən sürücülərə "Maxara" bişirərək paylayıblar. Dəstə lideri Leyla Hacıyeva öz "Facebook" sosial şəbəkə ünvanında belə qeyd edib:

"İki il fasilədən sonra skaut boğaz örpəyimi də taxıb skautlarımla xeyirxah bir iş görmək naminə çıxdıq yola. Özü də bu gözəl bayram günü. Milli mətbəximizə aid Maxaradan bişirdik, bal da götürdük və günlərlə sərhəddə növbə gözləyən, bayrama öz evlərinə yetişə bilməyən tır sürücüləri türk soydaşlarımıza ballı maxara payladıq, bayramlarını təbrik etdik, hər-hansısa ehtiyacları olub-olmadıqlarını maraqlandıq, yaxşı yol arzuladıq. Çox sevindilər. Görüntülü ailələri ilə danışanlar var idi, bizi gördülər, bizlərə təşəkkür edib, gözəl dualar etdilər.

Skautların devizi: "Hər gün bir xeyirxah iş görək!"
Ramazan Bayramımız Mübarək!"

Qeyd edək ki, Azərbaycan Skautlar Assosiasiyası 1997-ci il 11 oktyabr tarixində təsis olunmuşdur və 2000-ci il 20 avqustda Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir. ASA öz fəaliyyətini Ümumdünya Skaut Hərəkatı Təşkilatının məqsədi, prinsipləri, qanunları və qaydalarına əsasən qurmuşdur. Onun başlıca məqsədi öz ölkəsinin gənclərinin tərbiyyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir. Bundan başqa, skaut kamplar zamanı skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənirlər. Eyni zamanda respublikada skautlar xarici ölkələrdə keçirilən beynəlxalq gənclər tədbirlərində, kamplarda, təlim kurslarında, konfranslarda, iclaslarda iştirak etmişdir.

Hal-hazırda 216 dünya ölkələrindən 57 milyondan çox uşaq, yeniyetmə və gənc onun sıralarında birləşərək, «Hər gün bir xeyirxah iş görək devizi altında daha yaxşı dünya yaratmağa dəstək göstərirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər