Sizin Reklam Burada

Komitə sədri xalqımızı təbrik edib

Komitə sədri xalqımızı təbrik edibDəyərli dostlar, əziz həmvətənlər!

Sizi müqəddəs Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, uzun ömür, səadət, xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayıram!
Xalqımızın milli mənəvi dəyərləri, dinimizin adət-ənənələri içərisində bu bayramın xüsusi yeri vardır. Belə ki, çox əsrlərdir sonuncu səmavi din olan islam dinini qəbul edərək bu dinə itaət edirik.

Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə keçirir.
Fəxr hissi ilə deyə bilərik ki, biz çox dəyanətli və əzmkar xalqıq, tarixin müxtəlif dövrlərində cürbəcür məhrumiyyətlərə məruz qalsaq da milli- mənəvi dəyərlərimizi, adət-ənənələrimizi unutmayaraq onu qoruyub saxlaya bilmişik. İnanıram ki, gələcək nəsillərimiz də var olan dəyərlərimizi şərəf və ləyaqətlə yaşadacaqlar.

Ramazan ayında oruc tutan hər kəs yenidən mənəviyyata qayıdır, mənəvi olaraq Uca Tanrıya yaxınlaşır, onu yenidən dərk etməyə çalışaraq daha da saflaşır və təmizlənir. Eyni zamanda oruc tutan hər bir kəs daha da dözümlü, mətin və əzmkar olur.

Eyni zamanda xüsusi olaraq qeyd etməliyik ki, bu mətin və əzmkarlıqla 44 günlük Vətən müharibəsində, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir. Bu gün vətən üçün canını fəda etmiş bütün şəhid qardaşlarımızı da dərin ehtiramla anır, ulu Tanrıdan rəhmət diləyirəm!

Dəyərli dostlar! Sizi bir daha bu müqəddəs Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər