Sizin Reklam Burada

"Orqanik Qarabağ-Dayanıqlı İqtisadi İnkişaf İstiqamətləri" adlı vyekun konfrans keçirilib

"Orqanik Qarabağ-Dayanıqlı İqtisadi İnkişaf İstiqamətləri" adlı vyekun konfrans keçirilib29 Aprel 2022-ci il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin təşkilatçılığı ilə Biləsuvar şəhərində “Orqanik Qarabağ-Dayanıqlı İqtisadi İnkişaf İstiqamətləri” adlı konfrans keçirilib.

Konfransdan öncə rəhbər şəxslərin və qonaqların iştirakı ilə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, ehtiram göstərilib.

Daha sonra qonaqlara Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin rayon icra hakimiyyəti ilə birgə açıq havada təşkil edilmiş ekoloji təmiz məhsul sərgisində iştirak edən istehsalçıların təqdim etdikləri orqanik məhsullar, onların istehsal texnologiyaları və üstünlükləri haqqında məlumatlar verilib.

Sərginin ardınca isə konfrans öz fəaliyyətinə başlayıb. Konfransı açılış nitqi ilə Biləsuvar Rayonun İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov açıb. F.Qürbətov dövlət səviyyəsində bu kimi layihələrə yüksək diqqət ayrılmasından və konfransın Biləsuvar şəhərində keçirilməsinin önəmindən danışdı və layihənin keçirilməsi ilə bağlı göstərilən dəstəyə görə öz aidiyyəti şəxslərə təşəkkürünü bildirdi.

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Emin Əliyev öz çıxışında yeni dövrün tələbləri, yaşıl iqtisadiyyat və bu istiqamətdə prioritetə çevrilən layihələrdən danışdı. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının gələcək inkişafının əhəmiyyətli dərəcədə yaşıl artım prinsiplərinə bağlı olduğunu bildirdi. Sonda isə konfransın keçirilməsində göstərdiyi maliyyə yardımına görə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və layihənin uğurla icra edilməsi üçün hərtərəfli dəstək göstərmiş Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətova öz dərin təşəkkürünü bildirib.

Tədbirdə millət vəkilləri Ceyhun Məmmədov və Bəhruz Məhərrəmov da iştirak ediblər. Millət vəkilləri çıxışları zamanı sahibkarları azad edilmiş rayonların iqtisadi inkişafı üçün səfərbər olmağa çağırdılar. Dövlət tərəfindən sahibkarlara yaradılmış münbit şəraiti düzgün qiymətləndirməyi və gələcək fəaliyyətlərində yaşıl iqtisadiyyat, orqanik məhsul istehsalı sahələrinə sərmayə yatırmağa dəvət etdilər.

Konfransda iqtisadiyyat üzrə fəlsəfə doktoru, yaşıl iqtisadiyyat üzrə ekspert Şəmsi Rzalı və Sitarə Səfərova məruzə edərək ekoloji təmiz məhsul istehsalı və yaşıl artım barədə konfrans iştirakçılarına məlumat verdilər. Konfransın davamında sahibkarlar çıxış edərək öz təcrübələrini bölüşdülər.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı əsasında cari ilin fevral ayından start götürən və üç ay davam edən “Orqanik Qarabağ-Dayanıqlı İqtisadi İnkişaf İstiqamətləri” adlı layihə çərçivəsində işğaldan azad olmuş rayonların sahibkarlarına, yaşıl artım, ekoloji təmiz məhsullar və digər adekvat mövzularda təlimlər keçirilmişdir. Təlimlər Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyi, Biləsuvar və ətraf rayonlarda yaşayan keçmiş məcburi köçkün sahibkarlarını əhatə etmişdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər