Sizin Reklam Burada

Millət vəkili Ramazan ayında daha 200 imkansız ailəni sevindirib - FOTOLAR

Millət vəkili Ramazan ayında daha 200 imkansız ailəni sevindirib - FOTOLARBütün müsəlman aləminin müqəddəs ay hesab etdiyi Ramazan bir neçə gündən sonra başa çatır. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olunduğu Ramazan ayı insanlar arasında birliyin, bərabərliyin, xeyirxahlıq və şəfqətin, ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir.

Orucluğun əsas mahiyyətlərindən biri də imkansızlara mərhəmət göstərmək, onlara yardım etmək, bunun da müqabilində saysız savab qazanmaq, nəticədə yoxsul olmayan bir cəmiyyətin qurulmasına insanları sövq edən ilahi məramın həyata keçirilməsində iştirakçıya çevrilməkdir. Bu ayda xeyriyyə işləri görmək imkanlı şəxslərə daha çox tövsiyə olunur. Xeyriyyə işlərini görənlər bu işin şöhrət naminə deyil, yalnız Allah rizası üçün etməlidirlər. Bu işlərin savab qazanmaqdan başqa da əhəmiyyəti böyükdür. Bu da cəmiyyətə həmin adamların nümunə olması və bu xeyriyyəçilərin cəmiyyətə maddi var-dövlətin keçici olması, Allah verən bu imkandan düzgün istifadə olunması, başqalarını da bu xeyriyyə işlərinə sövq etmək, ruhlandırmaq yolunda göstərilən nümunənin əhəmiyyətindən ibarətdir.

54 saylı Şabran-Siyəzən seçki dairəsindən millət vəkili seçilən, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ramazan ayında da öz xeyirxahlıq əməllərini davam etdirib. S.Qurbanovun hər bir xeyirxahlıq əməli Şabran və Siyəzən rayonu əhalisi tərəfindən böyük rəğbətlə qarşılanıb. Başqalarına təmənnasız yaxşılıq etməkdən mənəvi rahatlıq tapan S.Qurbanov sözün əsl mənasında, millətin vəkilidir. S.Qurbanov xeyirxah əməllərini ancaq əlamətdar günlərlə bağlamır. O, hər zaman seçicisinin yanındadır, hər ay belə bir təşəbbüsdə olub. O, bunu şan-şöhrət üçün yox, seçicisinə şəxsiyyət kimi yanaşmasına borclu olduğunda görür. Bu, xüsusiyyət çox az millət vəkilinə xas ola bilər.

O, bu dəfə də Şabran və Siyəzən rayonları üzrə ümumilikdə 200 ailəyə (şəhid, qazi, müharibə veteranı, iştirakçısı və aztəminatlı) ərzaq sovqatı təqdim edib. Millət vəkilinin təşəbbüsü ilə təşkil edilən yardım kampaniyası onun köməkçisi Elnur Rəhimovun iştirakı ilə həyata keçirilsə də, S.Qurbanov gərgin işinin çoxluğundan vaxt tapıb ailələri də ziyarət edib. Xüsusən şəhid ailələri ilə görüşən millət vəkili onların problemlərini dinləyib, həll olunması ilə bağlı müvafiq addımlar atılacağını bildirib. Elə dünən şəhid ailələri, qazilər və aztəminatlı ailələr ümün təşkil olunan iftar süfrəsində iştirak edib. Hər bir imkansız ailə millət vəkilini doğması kimi qəbul edib. Çünki S.Qurbanov seçicilərinin ən qabarıq problemlərinin xəritəsinə bələd olduğundan onlarla daim ünsiyyət saxlayır, həmin problemləri dövlətin görə biləcəyi bir təşəbbüsə, proqrama, layihəyə çevirməklə onların həll olunmasında addımlar atır. Nəticəsi adlarıçəkilən hər iki rayonun bir neçə kəndi qazlaşdırılıb, su çəkilib, yollar asfaltlanıb, ibadət yerləri, məktəblər təmir olunub...

S.Qurbanov Milli Məclisin bir çox üzvlərindən fərqli olaraq özünün fəaliyyəti ilə sözün əsl mənasında millətin vəkili olduğunu isbat edib, eyni zamanda seçicilərinin böyük rəğbətini qazanıb. Millət vəkilinin təşəbbüsü ilə xeyli sayda xeyriyyəçilik tədbirləri həyata keçirilib, amma heç vaxt bunların ictimailəşdirilməsinin təşəbbüsündə olmayıb. Təəssüf ki, seçicilərin dərdinə, probleminə şərik olan, daim onlarla ünsiyyətdə olan, özünü onların yanında görən belə millət vəkillərimiz azdır.


























Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər