İslam dini sülh dinidir

İslam dini sülh dinidirDini radikalizm və ekstremizmə qarşı mübarizədə ən effektiv vasitələrdən biri vətənpərvərlik hissinin gücləndirilməsidir. Vətənpərvərlik hissləri yüksək olan şəxslər dini radikalizm və ekstremizmin təsirinə məruz qalmaz. Gəncləri radikal dini cərəyanların təsiri altına düşməkdən və dini radikalizmdən qorumaq, eyni zamanda, vətənpərvər ruhda tərbiyə olunmaları vacibldir. Radikalizmin və ekstremizmin təsirinə düşməyin başlıca səbəblərindən biri vətənpərvərlik hissinin zəif olmasıdır. Vətənpərvərlik hissi zəif olan insanlar cəmiyyətdə öz yerlərini tuta bilmirlər. Ona görə gənclər məlumatlandırılmalı, maarifləndirilməli, onlara vətənpərvərlik hissi aşılanmalıdır.

Bu gün İslam coğrafiyasında istər dini yaşamda, istərsə də müxtəlif sosial məsələlərdə fanatizm müşahidə olunur. Dünyada baş verən radikallıq da əslində fanatizmin bir növüdür. Bu da dinə ifrat dərəcədə yanaşmadan, dini doğru anlamamaqdan irəli gəlir. Müasir dövrdə dövlətin, dini icmaların, eləcə də cəmiyyətin hər bir fərdinin başlıca vəzifələrindən biri insanlararası münasibətlərdə dözümlülüyə nail olunması, müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh şəraitində birgəyaşayışının təmin edilməsidir. Təbii ki, cəmiyyətdə dözümsüzlük, fanatizm, ekstremizm, bir sözlə radikallıq meyilləri baş qaldırarsa, insanlar arasında münasibətlər kəskinləşər və yeni münaqişə ocaqları yaranar. Öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edərək radikal qruplar yaratmaq, ekstremist çağırışlar etmək bütün dünya eyni zamanda Azərbaycan üçün təhlükəlidir. Dini radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənəsinə zərbə vurmaqla yanaşı, dini məlumatların öz məqsədləri üçün təhrifinə də yol verirlər. Belə ünsürlərin təsiri altına düşməmək üçün dini inanclı gənclərimiz ibadətin kimdən öyrənilməsi məsələsində çox diqqətli olmalıdırlar.

Qeyri-ənənəvi dini cərəyanların yayılmasının İslam dininə, ənənəvi dini dəyərlərə, eyni zamanda cəmiyyətimizə zərərli təsiri var. Onların milli mənəvi, ənənəvi dini dəyərlərə sadiqlik ruhunda yetişməsində, dini baxışlarının düzgün formalaşmasında müəllimlərin böyük əməyi və rolu var. İslam dinində ən üstün əməllərdən biri elm öyrənməkdir. Çünki elm insanların səadət və kamala çatma yolunu müəyyənləşdirir. Elm vasitəsilə insanlar öz gələcəklərini istədiyi formada inşa etmək imkanı əldə edir. Peyğəmbərimiz (s) buyurmuşdur: “Allah-Təala daha çox elm öyrənən insanları bəyənər”. Bu ifadə özlüyündə İslamın elm üçün heç bir sərhəd müəyyənləşdirmədiyini, elmin sonunun olmadığını göstərir. Bu baxımdan nə qədər çox elm öyrənilərsə, Allah qatında o qədər savab yazılar. Gənclərimiz də bütün bunları nəzərə alaraq bütün diqqətlərini təhsilə, elm öyrənməyə yönəltməlidirlər.

Bütün dinlər o cümlədən İslam dini də insanları daim sülhə, ədalətə, haqqa çağırır. Dini radikalizmin, din adı altında baş verən silahlı münaqişələrin əslində İslam dini ilə heç bir əlaqəsi yoxdur. İslam dini sülh dinidir. Dinimiz bütün insanları elm öyrənməyə, bir-birlərinə qarşı sevgi və ehtiram göstərməyə çağırır. Dini radikalizm kimi mənfi təzahürlərin həqiqi məqsədi İslamı parçalamaq, dinimizin təlqin etdiyi bəşəri dəyərlərə kölgə salmaqdan ibarətdir.

Müəyyən təməl dəyərlər var ki, din həmin təməl dəyərlər üzərində dayanıb. Bu dəyərlər də zamanla və ya zamana görə dəyişmir. Sadəcə insanların dinə yanaşmasında ciddi dəyişkliklərə ehtiyac var. Din adına tanınan bəzi inancların dinlə heç bir əlaqəsi yoxdur. Dindar mühafizəkar ola bilməz, çünki, din mühafizəkarlıq demək deyil. Din istənilən mənfi tendensiyanın əleyhinədir, eləcə də ilahi dəyərlərə zidd olmayan mütərəqqi milli adətləri də təqdir edir. Din yeniliyi inkar etmir və ona görə də bir orta yol tutularaq həqiqi İslam təbliğ olunmalıdır.

Dini radikalizmə, ekstremizmə, tarix boyu dini dəyərlərin təhrifinə yol açan xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını kəsmək, milli-mənəvi dəyərlərimizi, tolerantlıq, multikulturalizm ənənəmizi yaşadan, ailəsinə, Vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin kəmiyyətini, keyfiyyətini və arealını artırmaq bundan sonrakı fəaliyyətimizin əsas istiqamətlərindən olmalıdır. Dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkədə dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda silsilə tədbirlər həyata keçirilir. Digər aidiyyəti dövlət orqanları ilə birgə ölkədə dini ekstremizm və radikalizm meyillərinin qarşısını almaq məqsədilə ardıcıl və sistemli iş aparılır. Gənclərin dini fanatizm, radikalizm və ekstremizmə yuvarlanmamaları üçün Komitə tərəfindən "Şəhadət" və “Fitnə” adlı filmlər çəkilib. Burada aldadılaraq, yad, zərərli dini düşüncələrin təsiri ilə ölkədən kənarda qanunsuz silahlı birləşmələrə, terror təşkilatlarına qoşulan şəxslərin faciəli həyatı və torpaqlarımızın işğaldan azad edilməsi üçün aparılan mübarizədə şəhid olan qəhrəmanlarımızın şərəfli döyüş yolundan bəhs edilir. O, filmin nümayişində əsas məqsədin gəncləri dini radikalizm və onun fəsadları barədə məlumatlandırmaq, eləcə də onlara vətənpərvərlik hissinin aşılanmasıdır.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışlarının birində bildirib ki, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi ictimai və milli təhlükəsizlik risklərini artıra bilər. Hətta bəzən müəyyən xarici siyasi və dini dairələrin bəzi ölkələrdə fərqli məzhəb mənsubları arasında gərginlik, qarşıdurma yaratmaq cəhdləri həmin ölkələr üçün ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir.
Məzhəbçiliyin yaratdığı fəsadlara toxunan sədr müavini vətənpərvərlik hissi zəif olan insanların yad dini ideologiyaların təsirinə daha tez məruz qaldıqlarını və cəmiyyətimiz üçün təhlükəli şəxslərə çevrildiklərini vurğulayıb. Vətənpərvərlik hissinin gücləndirilməsində milli-mənəvi dəyərlərin özünəməxsus rolu olduğunu deyən S.Heydərov qeyd edib ki, indiki dövrdə vətənpərvərlik hissinin yüksəlməsinə böyük ehtiyac var. O, Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlərdə dini fanatizm, dini radikalizm və dini ekstremizm meyillərinə qarşı mübarizə ilə yanaşı, ölkəmizdə vətənpərvər və sağlam düşüncəli gənclər yetişdirmək, onları Vətənə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsinə xüsusi önəm verildiyini deyib.

DQİDK-nın sifarişi əsasında vətənpərvərlik mövzusunda çəkilən "Şəhadət” sənədli filmi barədə də danışan sədr müavini bildirib ki, filmdə şücaətləri nümayiş etdirilən hərbçilərimizin qəhrəmanlıqları və fədakarlıqları gənclərimiz üçün bir nümunədir. S.Heydərov diqqətə çatdırıb ki, filmdə bəhs edilən Aprel döyüşləri ölkəmizdə həmrəyliyi, birliyi və vətənpərvərliyi daha da gücləndirib. Hərb tariximizə şanlı hərflərlə yazılan, bu yaxınlarda 3-cü ildönümünü qeyd etdiyimiz Aprel döyüşlərindən sonra ordumuzun uğurları Azərbaycanın qüdrətini bir daha bütün dünyaya sübut edib.
Sədr müavini əlavə edib ki, dünyada qlobal təhlükəsizliklə bağlı çox ciddi narahatlıqların yaşandığı, terrorizmin, ekstremizmin və radikalizmin bəşəriyyəti daim təhdid altında saxladığı, həmçinin təcavüzkar Ermənistanın işğal etdiyi ərazilərdə hərbi təxribatlara ara vermədiyi bir şəraitdə Azərbaycanın daxili sabitliyinin qorunub saxlanması, cəmiyyətimizdə multikultural, tolerant ənənələrin və həmrəyliyin möhkəmlənməsi, bütün sahələrdə sabit, ahəngdar inkişafın təmin olunması böyük nailiyyətdir.

Rüstəm Cəfərov

Yazı Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər