Rafael Cəbrayılovun mənə 300 min borcu qalıb - ŞAHİD

Rafael Cəbrayılovun mənə 300 min borcu qalıb - ŞAHİDBakı Ağır Cinayətlər Məhkəməsində həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Proses hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutub.

Prosesdə məhkəməyə gəlməkdən yayınan zərərçəkmiş Təranə Fətəliyeva bildirib ki, mərhum deputat Rafael Cəbrayılov ilə qohum olduqları üçün ona borc verib:

"Mənə dedi ki, bina tikmək istəyirəm, kömək etsən yaxşı olar. Bütün qohumlar da yığılıb kömək etdik. Hazırda mənə 300 min manat borcu qalıb."

Vəkilin suallarını cavablandıran zərərçəkmiş bildirib ki, R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılovdan 100 min manata ev alıb.

Vəkillərin şahidə veriləsi əlavə suallarının olduğu üçün şahid növbəti iclasda ifadəsini davam etdirəcək.

Növbəti proses mayın 12-də keçiriləcək.

Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

R.Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər