Sizin Reklam Burada

Azərbycan artıq regionda yeni reallıqlar yaradıb

Azərbycan artıq regionda yeni reallıqlar yaradıbTarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 22 aprel tarixində Şuşa şəhərində başlayan tarixi Zəfər qurultayında çıxış edərkən bütün dünyaya bu sözlərlə mesaj vermişdir.

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində əldə edilən böyük Qələbə hər bir azərbaycanlının yaddaşında əbədi qalacaqdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli ordumuz 44 gün ərzində 30 ilə yaxın Ermənistanın işğalı altında olan əzəli torpaqlarımızı düşmən əsarətindən azad etdi. Qısa müddət davam etməsinə baxmayaraq ordumuz işğal altında olan 5 şəhər, 4 qəsəbə və 286 kəndi geriyə qaytardı. 2020-ci ilin 8 noyabr tarixi isə Azərbaycan tarixinə ən şanlı gün kimi yazıldı. Qəhrəman ordumuz tarixi,mədəni və strateji əhəmiyyətə malik, Qarabağımızın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Şuşanın azad edilməsi eyni zamanda tariximizə Qələbə Günü kimi yazılmış oldu.

Bu tarixi qələbəmizdən artıq 2 ilə yaxın müddət keçməkdədir. Əldə edilmiş tarixi qələbə nəticəsində Azərbycan artıq regionda yeni reallıqlar yaratmışdır. Bu gün dövlətimizin qarşısında duran ən böyük vəzifələrdən biri işğaldan azad edilmiş torpaqlara həyatın, insanlarımızın qaytarılmasıdır. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda geniş infrastruktur layihələri həyata keçirilir. Şuşanın azad olunduğu gün Ali Baş Komandanımız İlham Əliyev cənablarının xalqa müraciəti zamanı söylədiyi "Əziz Şuşa biz səni dirçəldəcəyik" sözləri artıq reallığa çevrilməkdədir. Tikinti meydanını xatırladan tarixi Şuşa şəhərində və digər işğaldan azad edilmiş bölgələrimizdə həyata keçirilən tikinti, quruculuq və abadlıq işləri birbaşa ölkə başçımızın nəzarəti altında edilir. Bununla yanaşı həmin ərazilərimizə səfər turları, eyni zamanda müxtəlif genişmiqyaslı tədbirlər keçirilməkdədir.

2022-ci il 22 aprel tarixində mədəniyyətimizin beşiyi olan Şuşa şəhərində keçirilmiş və tarixə Zəfər Qurultayı kimi düşmüş Dünya Azərbaycanlılarının V Qurultayı xüsusi əhəmiyyətə malik idi. Qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini yaşamaq, doğma torpaqları canlı görmək və erməni vandalizmini bütün dünyaya çatdırmaq imkanı qazandırdı. Həmçinin Şuşa şəhərində keçirilmiş Zəfər qurultayı bir daha Azərbaycanın qüdrətini, milli həmrəyliyimizi, İlham Əliyev-Azərbaycan xalqı birliyinin nə qədər möhkəm təməllərə dayandığını bütün dünyaya nümayiş etdirmiş oldu.

Azərbaycan xalqına qalib xalq, ordumuza qalib ordu kimi şərəfli adları bizlərə bəxş etdiyinə görə Prezidentimizə sonsuz minnətdarıq!

Pərvanə Səfərova
Siyəzən şəhər 2 saylı tam orta məktəbin Uşaq Birliyi Rəhbəri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər