Sizin Reklam Burada

"Vətən müharibəsində qələbəmizin təbliği" layihəsi Mingəçevirdə icra olunub

"Vətən müharibəsində qələbəmizin təbliği" layihəsi Mingəçevirdə icra olunubƏsgər Ailələrinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin icrasını davam etdirir.

“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbiri 10 mart 2022-ci ildə Mingəçevir şəhərində Gənclər Evində keçirildi.

Tədbirdə şəhid ailələri,müharibə veteranları, qazilər, layihənin icrasını içıqlandıran media qurumlarının bölgələrdəki nümayəndələri iştirak edirdilər.

Tədbiri Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri , layihənin rəhbəri Mətanət Əsgərqızı açaraq, şəhidləri bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.

Daha sonra o, layihənin yaradıcı qrupunu təqdim edərək layihənin yüksək səviyyədə keçirilməsində köməyə görə onlara minnətdarlığını bildirdi.

Eyni zamanda layihənin icrası müddətində əməkdaşlıq etdikləri media qurumlarının bölgələrdə olan nümayəndələrinin hər tədbirdə iştirak etdiklərinə, layihənin icrası barədə ətraflı məlumat verdiklərinə görə minnətdarlığını bildirdi.

Həmçinin qeyd olundu ki, bütün tədbirlər foto və video lentinə alınıb. Layihənin sonunda kiçik video çarx hazırlanaraq tədbirlərdə iştirak edən şəxslərə xatirə olaraq çatdırılacaq.

Daha sonra Mətanət Əsgərqızı layihənin məqsədi barədə geniş məlumat verdi. Layihə çərçivəsində tədbirlərdə tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının və ordusunun,onun Müzəffər Ali Baş Komandanının zəfər tariximizdə rolundan danışıdı.

Layihə rəhbəri daha sonra qeyd etdi ki,buna qədər layihə bölgələrdə, Ağdam,Tərtər rayonlarında icra edilib. Ağdam rayonunda şəhid Orxan Dadaşovun xatirə lövhəsinin açılışı olub.Tərtər rayonunda Gənclər Evində gənclərlə, təhsil işçilər və qazilərlə iki tədbir keçirilib.

Vətən Müharibəsi qazisinin xahişi ilə Əsgər Ailələrinə Dəstək ictimai birliyi bir neçə gün sonra yenidən Tərtərə gələrək yolasalma mərasimində iştirak edəcək.

Tərtərdəki tədbirdə Vətən Müharibəsi qazisi Elnur Qurbanlının və Arzuman Abbasovun müraciətinə əsasən iş məsələsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət ediləcək.

Çıxış edənlərin hər biri belə layihələrin icrasını müsbət qiymətləndirdilər. Psixoloq Gültəkin Abdullayeva həm şəhid anaları, həm də qazilərlə xüsusi söhbət apardı.Qeyd etdi ki,psixoloqlar davamlı onlarla görüşməyə, yardım etməyə hazırdılar.

Seanslara nə qədər tez başlanılsa həyatları daha da yüngül olar.Bu məqsədlə Əsgər Ailələrinə Dəstək ictimai birliyinin yerli şöbəsi yaradılaraq orada Psixoloq kabineti təşkil olunmasına qərar verildi.

Məqsəd həssas qrupları müharibədən yaranan stresslərdən bir qədər azad edib , cəmiyyətin aktiv üzvlərinə çevirməkdir. Həm də bu layihənin davamlılığı deməkdir.

Layihənin ekspertlərindən biri Seymur Hidayətov da görülən işləri yüksək qiymətləndirərək davamlılıq məsələsinə xüsusi diqqət çəkdi.

O, qeyd etdi ki, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızının hədəfi düzdür, çünki 3 ay layihə icra etməklə nəticələr yüksək səviyyədə alınmır.

Həm Vətən Müharibəsində qələbəmizin təbliği, həm də psixoloji söhbətlər davamlı olmalıdır. Bu gün gözəl ənənənin təməli qoyuldu.

Daha sonra layihə çərçivəsində iki şəhid ailəsi ziyarət olundu.Şəhidlər xiyabanında iməclik keçirilməsi qərarı verildi.

Mingəçevir Şəhidlər xiyabanına iməclik etməyə gedən tədbir iştirakçıları orada fəxr ediləsi mənzərə ilə qarşılaşıblar, xiyaban süpürülüb təmizlənirdi.Bunu isə sıradan vətəndaşlar edirdi.

Orada bildirildi ki, bu ayrı-ayrı adamların təşəbbüsüdür Daha sonra şəhid ailələri, qazilərlə çay, yemək süfrəsi arxasında söhbətlər davam etdirildi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər