MHP sədri baş redaktoru təbrik etdi
Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Avrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyevi rəhbərlik etdiyi media qurumunun yaradılmasının 10 illiyi münasibətilə təbrik edib.
MHP mətbuat xidməti xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Cavid müəllim,
Bu gün qurucusu olduğunuz xəbər saytı üçün olduqca əlamətdar gündür. Belə ki, bu gün Avrasiya.net saytının 10 yaşı tamam olur.
Ötən 10 ildə Azərbaycan çox böyük bir inkişaf yolu keçib və bu illər ərzində saytınız da Azərbaycanla birlikdə böyüyüb, inkişaf edib.
Bu gün Avrasiya.net saytı ölkədə ictimai rəyin formalaşmasında mühüm rol oynayan KİV-lərdən biridir. Azərbaycanın haqq səsini dünyaya duyurmaq və milli həmrəyliyimizə töhfə vermək işində də Avrasiya.net saytının özünəməxsus rolu və yeri var. İnanıram ki, gələcəkdə daha böyük uğurlara imza atacaqsınız.
Sizi və saytınızın kollektivini 10 illik yubiley münasibətilə Milli Həmrəylik Partiyasının üzvləri adından və şəxsən öz adımdan təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm".
Hörmətlə:
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri