ALDP sədri Avrasiya-net-in 10 yaşını təbrik edib
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev AVRASİYA İA baş redaktoru Cavid Şahverdiyevi 10 illiyilə bağlı təbrik edib.
Təbrik məktubunda deyilir:
AVRASİYA İnformasiya Agentliyinin baş redaktoru Cavid Şahverdiyevə
Hörmətli Cavid bəy !
Fəaliyyəti dövründə öz obyektivliyi, siyasi-ictimai hadisələri düzgün təhlili, səmimiliyi, operativliyi ilə böyük oxucu auditoriyasının hörmət və ehtiramını qazanmış AVRASİYA İA yaradıcı heyətini 10 illiyi münasibətilə rəhbərlik etdiyim Azərbaycan Liberal Demokrat Partiyası və şəxsən öz adımdan təbrik edirəm.
Bütün yaradıcı heyətə uğurlar, can sağlığı, obyektiv və səmərəli jurnalist fəaliyyəti arzulayıram.
Hörmətlə,
Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri