Sizin Reklam Burada

Rafael Cəbrayılovun qardaşı həbs olundu

Rafael Cəbrayılovun qardaşı həbs olunduBu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat, həbsdə vəfat etmiş Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun barəsində məhkəmə qərarından apellyasiya protestinə baxılıb.

Hakim Habil Məmmədovun araşdırdığı şikayətlə bağlı qərar elan edilib.

Qeyd edək ki, Elşən Cəbrayılovun müxtəlif şəxslərə qarşı dələduzluq edərək onların külli miqdarda əmlaklarının ələ keçirməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan cinayət işi üzrə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş təqdimat Nərimanov rayon Məhkəməsi tərəfindən bu yaxınlarda təmin edilməmiş və azadlığa buraxılmışdı.

Nərimanov Rayon Prokurorluğunun həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə verdiyi protest əsasında bu gün protestə baxılıb və əsaslı hesab edilərək təmin edilib.

Elşən Cəbrayılov barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilərək, məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, Elşən Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdu.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər