Əlillərin sosial müdafiəsi daha da gücləndirilir
“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Regionlarda “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması”adlı kayihənin tədbirlərini davam etdirir.
Layihəninin əsas məqsədi əhalinin aztəminatlı sosial qruplarından sayılan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.
Layihə çərçivəsində beşinci tədbir 26 aprel 2022-ci il tarixdə saat 11:00-da Zaqatala Rayon ’’Heydər Əliyev Mərkəzi’’-ndə keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərüfatı və yaxud kişik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və başadüşülən formada informasiya verilməklə ilə yanaşı bu sahədə mövcud vəziyyət haqqında da müzakirələr aparılacaqdır.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti, Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regianal filal rəhbəri, Zaqatala KOBİA və əliliyi olan şəxslər iştirak edəcəklər.