Sizin Reklam Burada

“Sputnik Azərbaycan” agentliyinin fəaliyyəti qadağan edilməlidir

“Sputnik Azərbaycan” agentliyinin fəaliyyəti qadağan edilməlidirAnti-Azərbaycan mövqeli xarici KİV və təşkilatların ölkəmizdə fəaliyyət göstərməsinə qətiyyən yol verilməməlidir. Rusiyanın Azərbaycandakı təbliğat vasitələrindən biri olan “Sputnik” İnformasiya Agentliyinin Bakı filialı da anti-Azərbaycan mövqeyi ilə fərqlənir. “Sputnik”in baş redaktoru Marqarita Simonyanın qondarma “erməni soyqırımı”nı təbliğ etməsi və hər fürsətdə Azərbaycanı qaralaması azmış kimi indi də “Qarabağ Rusiyaya birləşdirilməlidir” kimi həyasız təkliflə çıxış etməsi sözügedən media qurumunun Azərbaycan ərazisində fəaliyyətini davam etdirməsini mümkünsüz edir.

Marqarita Simonyan bu cür hərəkətləri ilə ölkəmizə qarşı birbaşa təxribatla məşğuldur. Öz ərazi bütövlüyü uğrunda mübarizə aparan Ukrayna xalqına qarşı efirdən və sosial şəbəkələr üzərindən kin qusan M.Simonyan kimilərdən Azərbaycanın ərazi bütövlüyünə qarşı sayğı gözləməyimiz sadəlövhlük olardı.

Erməni xislətindən heç cürə əl çəkə bilməyən və separatçı fikirlər səsləndirən M.Simonyana da, onun rəhbərlik etdiyi media qurumuna da haqq etdiyi münasibəti sərgiləməliyik. “Sputnik Azərbaycan” agentliyinin fəaliyyəti qadağan edilməli, “jurnalist” qılafına bürünmüş qatı erməni separatçısı Marqarita Simonyanın özü isə “qara siyahı”ya salınmalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər