Sizin Reklam Burada

İcra başçısı Şəhid aillərinin, müharibə əlillərinin, veteranların yaxın dostu adına layiq görüldü

İcra başçısı Şəhid aillərinin, müharibə əlillərinin, veteranların yaxın dostu adına layiq görüldüAzərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu 01.02.2022–01.06.2022-ci il tarixlərini əhatə edəcək, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsini, Azərbaycanın sərhədyani Qərb bölgəsinin Qazax və Ağstafa rayonlarında şəhid ailələri, müharibə əlilləri, veteranları ilə sil-silə görüşləri davam edir.

Avrasiya.net xəbər verir ki, 12 aprel tarixində Qazax rayonunda ilk öncə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, Fondun vitse-prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Ənvər Qarayev, Hüquqşünası, Qarabağ müharibəsinin veteranı Fəqan Nəsibzadə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax Rayon şöbəsinin sədri Azər Məmmədovun, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon şöbəsinin sədri Xasay Balayevin və “Azərbaycan Əfqanstan Müharibəsi Veteranları” İctimai Birliyinin Qazax Rayon şöbəsinin sədri Nüsrət Aşurovun iştiakı ilə, Qazx rayonunda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq dərin etiramla yad edildi.

Elə həmən gündə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə, icra aparatının məsul işçiləri, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Sərraf Orucov, Fondun vitse-prezidenti Ənvər Qarayev, Hüquqşünastı Fəqan Nəsibzadə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon şöbəsinin rəisi, polkovnik-leytenant Tural Məmmədov və şöbənin əməkdaşları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax Rayon Şöbəsinin sədri Azər Məmmədovun, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri Xasay Balayev, “Azərbaycan Əfqanstan Müharibəsi Veteranları” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri Nüsrət Aşurovun iştiakı ilə baş tutaraq, rayon rəhbərliyinə həyata keçirilən layihənin məqsəd və məramı haqında ətraflı məlumat verildi.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həyata keçirilən bu vətənpərvər və xeyriyəçilik məqsədi ilə həyata keçən, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsini müsbət qiymətləndirdi. Həyata keçirilən layihənin Qazax rayonunda səmərəli həyata keçirilməsi və hər cürə şərait yaradılaması üçün icra aparatının məsul işçilərinə, idarə, müəssisə rəhbərlərinə xususi olara tapşırıq verdi.
İcra Hakimiyyətinin başçısı Cənab Rəcəb Babaşov, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun kolektivini dinlədikdən sonra, aprel ayı tarixi aya təsadüf etdiyi üçün ilk görüş Qazax rayonunda ucaldlmış Şəhidlər kompleksinin qarşısında, Birinci Qarabağ müharibəsi əlilləri, veteranları, Vətən müharibəsi şəhid ailələri, əlilləri, Aprel və Tovuz döyüşlərinin şəhid ailələri, KİV nümayəndələri iştirakı ilə yığıb ilk öncə Şəhidləri ziyarət edərək onların xatirəsini əziz tutaqaq yad edək. Sonrada layihə öz işini Qazax rayonunda icra edərək həyata keçirilsin.

Aprelin 13-də Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında təşkil olunmuş görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikasının “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax Rayon Şöbəsinin, idarə, müəssisə rəhbərləri, Birinci Qarabağ müharibəsi əlilləri, veteranları, Vətən müharibəsi şəhid ailələri, əlilləri, Aprel və Tovuz döyüşlərinin şəhid ailələri, KİV nümayəndələri əvvəlcə Şəhidlər xiyabanında memorial abidə önünə tər qərənfillər düzərək torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. İgid Vətən oğullarının müqəddəs ruhuna dua oxundu.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq iştirakçıları və qonaqları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Layihə barədə fikirlərini bölüşən icra başçısı şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə bağlı layihənin keçirilməsinə görə razılığını bildirib. İcra başçısı 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən söz açaraq bu gün qalib dövlətin qəhrəman xalqı olaraq şanlı qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. İcra başçısı 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazax elindən də 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onların daim bizim qəlbimizdə əbədi yaşayacağını qeyd etddi.

Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunduğunu, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Rayon rəhbəri şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışaraq Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabının yazılmasını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə guşənin yaradılmasını, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin lövhələrinin vurulmasını, N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunmasını, ətraf ərazidə parkın salınmasını bu istiqamətdə atılan addımların əyani sübutu kimi qeyd edib. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Rayon rəhbəri bildirib ki, aprelin 12-də Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısının qeyd etdiyi kimi: “Bizim şəhid ailələri, müharibə əlilləri üçün inşa etdiyimiz evlərin, mənzillərin sayı artır. Bu, həm işğal dövründə prioritet məsələlərdən biri idi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər öz həllini tapır. Burada məsələ qoyulmuşdur ki, şəhid ailələrinin – həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələləri tezliklə öz həllini tapsın. Bu istiqamətdə bu il və keçən il önəmli addımlar atılmışdır”.

“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhid ailələri, müharibə əlilləri, veteranları qarşısında baş əydiyini qeyd edib. Səmimi münasibətə və qonaqpərvərliyə görə rayon rəhbərliyinə razılığını bildirib. Qazaxda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən dövlət qayğısına, şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərə görə icra başçısına dərin minnətdarlığını çatdırıb. “Şəhidlərimiz tək sizin övladınız deyil, onlar hər birimizin övladı, doğması, əzizidir. Doğmanız olaraq gəldik ki, sizlərlə görüşək”, – deyən natiq həyata keçirilən layihənin də məhz bu doğmalığı çatdırmağa xidmət etdiyini söyləyib. S.Orucov Ulu Öndər Heydər Əliyev tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərilən qayğının bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirildiyini, Fond olaraq həyata keçirilən layihə ilə dövlətin göstərdiyi diqqət və qayğıya töhfə verməyə çalışdıqlarını qeyd edib.

Həyata keçirilən layihə barədə məlumat verən S.Orucov qeyd edib ki, əsas məqsəd 27 sentyabr – 8 noyabr 2020-ci il tarixlərində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində döyüşərək şəhid olmuş oğullarımızın ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi və sosial təminat hüquqlarının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdır. Fond rəhbəri bildirib ki, layihə çərçivəsində qeyd olunan problemlərin həlli ilə bağlı aidiyyəti olan Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail, Qazax və Ağstafa rayon şöbələri ilə birlikdə əməkdaşlıq edərək Bakı şəhərində və sərhədyanı Qazax, Ağstafa rayonlarında Vətən müharibəsində döyüşərək şəhid olanların ailələrinin, müharibə əlillərinin və veteranlarının tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə hüquqi yardım göstəriləcəkdir. Həmçinin, Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissiyasından keçərək xarici ölkələrdə müalicə olunmaları üçün rəy almış müharibə əlillərinə aidiyyəti qurumlar tərəfindən təmin olunmasına hüquqi köməklik olunacaqdır.

S.Orucov qeyd edib ki, vətəndaş olaraq bilməliyik ki, bu gün daha çox şəhid ailələrinin, müharibə əlillərinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiyyətin daim diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin və müharibə əlillərinin problemləri yalnız onların problemləri deyil, bütün cəmiyyətin problemi sayılmalıdır. Fond rəhbəri bildirib ki, layihənin icra planına əsasən mart, aprel və may aylarında adları qeyd olunan Bakı şəhərinin Səbail rayonunda və Qazax, Ağstafa rayonlarında, aidiyyəti olan qurumlarla birlikdə əməkdaşlıq edərək şəhid ailələri, müharibə əlilləri və veteranlarının iştirakı ilə onlara verilmiş tibbi və sosial imtiyazlar barəsində maarifləndirmə işləri aparılması nəzərdə tutulub. S.Orucov sonda bir daha Qazaxda şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Onlara olan qonaqpərvərliyə və layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə təşəkkürünü çatdırıb.

Sərraf Orucov çıxışının sonunda, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsi çərçivəsində, Qazax, Tovuz, Ağstafa rayonlarının Şəhid aillərinə, müharibə əlillərinə, vetranların və adı çəkilən rayonların ictimayyət nümayəndələri arasında keçirilmiş sosiloji-sorğular nəticəsində, Qazax rayon İcra Hakimiyyətinin Başçısının xeyirxaq əməlli xidmətləri hakda soylədiyi fikirlərini və Qazx rayonunda şəhidlərə yüksək dəyər verərək ucaldılmış 2 Möhtəşəm Şəhidlər Konplekstinin tikintisini nəzərə alaraq, Azərbaycanda Dovlətə və Xalqa öz nümunəvi xidmətləri ilə sayılan, Qazax rayon İcra Hakimiyyətinin Başçısı Cənab BABAŞOV RƏCƏB ABIŞ oğlu, Azərbaycan dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycan vətəndaş cəmiyyətinin inşişafında, gənclərin vətənpərvərlik ruhunun aşılamasındakı xidmətlərini və Şəhid aillərinə, müharibə əlillərinə, vetranlara göstərdiyi diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kolektivi adından TƏŞƏKKÜRNAMƏ və XEYİRXAQ-MƏRHƏMƏD medalı ilə təltif edərək, Şəhid aillərinə, müharibə əlillərinin, vetranların yaxın dostu adına layiq görüldü.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirin sonuda şəhid ailələri, müharibə əlilləri və veteranları adından Fondun nümayəndələrinə igid Vətən oğullarının adı ilə bağlı layihənin həyata keçirilməsinə görə razılığını ifadə edib, minnətdarlığını və təşəkkürünü çatdırdı.

Səmimi söhbət əsasında keçən görüşün sonunda xatirə şəkli çəkildi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər