Sizin Reklam Burada

QHT sonuncu maarifləndirici tədbirini Zaqatalada keçirib

QHT sonuncu maarifləndirici tədbirini Zaqatalada keçirib“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “ Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı layihəsinə Zaqatala rayonunda yekun vurmuşdur.

Rayonun H. Əliyev Mərkəzində keçirilən tədbirdə Gənclərin Karyera mərkəzinin nümayəndələri, İqtisad Universitetinin Zaqatala filialının tələbələri, Peşə Təhsili məktəbinin şagirdləri və rayon gəncləri iştirak etmişlər. Tədbiri H. Əliyev mərkəzinin əməkdaşı Nərmin İbrahimova açaraq iştirakçıları salamladı və narkomaniyanın ümumbəşər bir bəla olduğunu qeyd etdi.

Zaqatala RPŞ- in narkotiklərlə mübarizə qrupunun rəhbəri Fərid Hüseynov narkomaniyanın cəmiyyətimizə gətirdiyi bəlalardan geniş məlumat verdi. O qeyd etdi ki, narkomanlar təkcə xəstə deyil, eyni zamanda cinayətə meyilli insanlardır. Onlarla mübarizə fərdi qaydada yox, cəmiyyət olaraq hamılıqla mübarizə aparılmalıdır. Sonda natiq bu sahədə daha ciddi mübarizə aparılması üçün yeni qanunların nəzərdən keçirildiyini qeyd etdi.
Təşkilatın nümayəndəsi Tələt Qəribov narkomaiyanın cəmiyyətə gətirdiyi bəlalarıdan geniş danışdı.

Ailədaxili cinayətlərin artması, Boşanma hallarının çoxalması, Yol nəqliyyat hadisələrinin çoxalması, Xəstə doğulan uşaqların sayında artım və. s. bu kimi halların artmasının kökündə narkomaniya dayanır. Psixoloq həkim Rauf Nurayev narkotik və psixotrop maddələrdən istifadə edənlərdə baş verən psixolji dəyişiklərdən danışdı. İştirakçılardan Şahnaz Şıxnəsirli vəİndra Abdullayeva mövzuya aid suallar və təkliflər səsləndirdilər

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər