Az bal toplayanlar qəbulda iştirak edə bilər?
Dərc olunub:
16-04-2022, 14:15
Buraxılış imtahanında az bal toplayanlar da qəbul imtahanında iştirak edə bilərlər. Burada hansısa hüquqi tələb yoxdur.
Avrasiya.net xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, buraxılış imtahanında iştirak edənlərin 67 min 131-i ali məktəblərə sənəd verib.
Qeyd edək ki, bu il mart ayının 5-6-sı və 12-13-ündə paytaxt və bölgələlərdə XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. Buraxılış imtahanlarında maksimum bal 300-dür.