Sizin Reklam Burada

ADU-da “Hindistan olduğu kimi” adlı layihə çərçivəsində seminar təşkil edilib

ADU-da “Hindistan olduğu kimi” adlı layihə çərçivəsində seminar təşkil edilibHindistanın Bakıdakı Səfirliyi Azərbaycan Dillər Universitetinin (ADU) Hind Dili və Mədəniyyəti Mərkəzi ilə birgə ADU-da “Hindistan olduğu kimi” adlı layihə çərçivəsində seminar təşkil edib.

Tədbirin açılışında ADU-nun prorektoru Jalə Qəribova, Hindistan səfirliyinin ikinci katibi cənab Ajay Kumar Pandey və Hind Dili və Mədəniyyəti Mərkəzinin direktoru Səidə Mirzəyeva çıxış ediblər.

Tədbirdə ADU-nun digər yüksək vəzifəli şəxsləri və tələbələri də iştirak ediblər.

Seminarda “Hindistan-Azərbaycan münasibətləri”, “Hindistanın fəlsəfəsi”, “Karma fəlsəfəsi” mövzularında məruzələr oxunub.

ADU-nun baş müəllimi Sevda Abuzərli vedalar və upanişadlar haqqında danışıb, cənab Ramil Əliyev isə dinləyicilərə karmanı izah edib.

Hind Dili və Mədəniyyəti Mərkəzinin direktoru xanım Səidə Mirzəyeva, həmçinin hind mədəniyyətinin zənginliyi haqqında şeir söyləyib.

Tədbirdə bir neçə hind və Azərbaycan rəqsləri də ifa olunub.

Sessiyanın sonunda Hindistanın Bakıdakı Səfirliyi tərəfindən iştirakçılara təşəkkür və minnətdarlıq əlaməti olaraq sertifikatlar paylanılıb.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər