Sizin Reklam Burada

“Dini radikalizim psixotrop maddələr qədər təhlükəlidir”

“Dini radikalizim psixotrop maddələr qədər təhlükəlidir”Dini maariflənmənin forması ilə bağlı ictimai müzakirələr ara-sıra gündəmə gəlməkdədir. Bu da təbiidir. Tarixin bu həssas dönəmində sadəcə ekranlardan dini biliklər verməklə, dərsliklərdə ensiklopedik məlumatlar göstərməklə kifayətlənmək olmaz. İnsanlarımız öz inancının qaynağını, adətlərinin səbəblərini bilməlidir. Dövlətimiz tərəfindən milli-mənəvi, o cümlədən dini dəyərlərə qayğı göstərilir. Ölkədə dini dözümlülük və tolerantlıq dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Dövlət-din münasibətləri sahəsində görülən işlər dini dəyərlərimizə yad ideologiyaların yayılmasının qarşısını əhəmiyyətli dərəcədə alıb.

Cəhalət, xurafat olan yerdə mütləq dini radikalizm baş qaldırır. Dini radikalizmin yaranması üçün mühit olmamalıdır. O mühitin olmaması üçün isə elm, təhsil mütləqdir.

Dindarlıqla dünyəviliyin harmonik vəhdəti xalqımızın milli dövlətçiliyinin fərqləndirici xüsusiyyətlərindəndir. Lakin təcrübə göstərir ki, dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını arzu etməyən, fürsət düşdükcə onu pozmağa çalışan və təfriqə yaradan qüvvələr də var. Bu baxımdan dinlə bağlı məsələlərə təkcə insan hüquqları və milli-mənəvi dəyərlər baxımından deyil, həm də özünün təhlükəsizlik nöqteyi-nəzərindən yanaşması dövlətin borcu və müstəsna hüququdur.

Dinlərin tolerantlıq, dialoq və əməkdaşlıq potensialından istifadə olunması üçün dini maarifləndirmənin gücləndirilməsinə böyük ehtiyac var. Çünki insanların əksəriyyətinin nəinki başqa dinlərdən, hətta öz etiqadının mahiyyətindən və bəzi prinsiplərindən xəbəri yoxdur. Belə vəziyyətdə maraqlı və məkrli qüvvələrin dindən öz məqsədləri üçün istifadə etmə imkanları daha geniş olur.

Jurnalist Nəzərbəy Hacıağayev bildirib ki, bu gün dini radikalizim cəmiyyətimizin ən böyük problemlərdən biridir. Bu problem eyni zamanda cəmiyyətin inkişafına mənfi təsir edir ki, bu da sonda özünü dövlətə olan mənfi təsirlə göstərə bilər: “Düzdür, Azərbaycanda bu problem dövlətin xüsusi ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin apardığı silsilə tədbirlər nəticəsində bir qədər həllini tapmaq üzrədir. Bu proslər hardan başladı ? Dini radikalizim necə oldu islam dininə ayaq açdı? Soyuq müharibədən sonra kommunizimin dağılması ilə Qərb dövlətləri öz dövlətlərinə düşmənimiz var mesajını vermək üçün kommunstlərin qırmızı bayrağından sonra hədəfi islamın yaşıl bayrağını qaraltmaqla həyata keçirdi. Bilirsiz, dini radikalizim psixotrop maddələr qədər təhlükəlidir. İnsan bir məsələyə inandığı zaman və ya inandırıldığı zaman onun üçün bütün meyarlar və dəyərlər gözdən düşür. Bu zaman insan sadəcə yalandan inandığı uğrunda gözünü qırpmadan valideyininə, bacı və qardaşına, məmləkətinə zərər verir. Bir növ səni idarə edəninin robortuna çevrilirsən. Hər kəs bu cəryanlara qoşulur, xeyir. Dini radikalizim daha çox xarici qüvvələrin bir ölkəni qarışdırmaq üçün istifadə etdiyi vasditədir. Bu zaman onların istifadə etdiyi şəxslər xüsusi seçilir. Siz heç bir zaman normal ailə mühitindən çıxmış, düşünən beyni olan şəxsi dini radikalizimə meyilli görə bilməsiz. Bunlar xüsusi olaraq heç sosial aktivliyi olmayan, ailədə normal mühitdə böyüməyən insanlardan seçilir. Daha çox ailədə vətənpərvərlik və milli kimliyin aşılanmadığı ailələrin uşaqları buna meyilli olur. Gənc oxuduğu universitetin, kollecin və peşə məktəbinin nəzdinində olan ictimai xarakterli və ya asudə vaxtını səmərəli keçirilməsi üçün nəzərdə tutulan qurumlara üzv olarsa, ətrafında sağlam düşüncəli insanların formalaşması ilə və asudə vaxtlarını maraqlı, səmərəli keçirməsi ilə dini radikalizimdən uzaq qalar”.

O qeyd edib ki, ölkəmizə dini radikalizim idxal edən şəxslər daha çox gənclərin bu kimi boşluqlarından istifadə edirlər. Bir də bu boşluğun yaranmasıda valideyinlərin də günahı var. Övladın keçid dönəmində, gənclik illərinin ilkində ona təsir etmədən nəzarət etməlidir. Ancaq bu nəzarət onun ilkin formalaşan şəxsiyyətinə təsir etməməlidir: “Gənclərin diqqətli olmalı dövlətə və dövlətçiliyi sadiq olması önəmlidir. Azərbaycanda bütün dinlərə və dindarlara dövlət tərəfindən istənilən şərait yaradılıb. Dövlət-din münasibətləri ölkəmizdə düzgün tənzimlənib. Dindən heç bir zaman siyasi məqsədlərdən istifadəyə icazə verilməməlidir. Xüsusilə mürəkkəb regionda yerləşməyimiz hər zaman gənclərimizin diqqətində olmalıdır. Dövlətimizin sarsılmaz gücünə bu kimi həmlələrlə zərər verə bilərlər. Ancaq mən yenə ümüdliyəm, çünki Azərbaycan gəncliyinin bu batağlığa düşməməsi üçün bütün qurumlarımız ən yüksək səviyyədə öz fəaliyyətini davam etdirir”.

Rüstəm Cəfərov

Yazı Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm - milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər