Sizin Reklam Burada

İcra başçısı “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun nümayəndələri ilə görüşüb

İcra başçısı “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun nümayəndələri ilə görüşübAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu 01.02.2022-01.06.2022-ci il tarixlərini əhatə edəcək “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalıdır!” layihəsini həyata keçirir.

Aprelin 12-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikasının “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucovu, Fondun vitse-prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Ənvər Qarayevi, Hüquqşünası, Qarabağ müharibəsinin veteranı Fəqan Nəsibzadəni qəbul edib.

Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Tural Məmmədov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları salamlayıb, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə bağlı layihənin keçirilməsinə görə razılıq edib, layihə barədə fikirlərini bölüşüb. İcra başçısı tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən söz açaraq bu gün qəhrəman xalq olaraq şanlı qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunduğunu, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Rayon rəhbəri şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışaraq Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabının yazılmasını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə guşənin yaradılmasını, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin lövhələrinin vurulmasını, N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunmasını, ətraf ərazidə parkın salınmasını bu istiqamətdə atılan addımların əyani sübutu kimi qeyd edib.

İcra başçısı 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazax elindən də 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onların daim bizim qəlbimizdə əbədi yaşayacağını qeyd edib. Şəhid ailələri, qazilərlə bağlı həyata keçirilən bütün layihələrdə hər zaman dəstək olmağa hazır olduğunu bildirib.

Azərbaycan Respublikasının “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov çıxış edərək öncə səmimi münasibətə və qonaqpərvərliyə görə rayon rəhbərliyinə razılığını bildirib. Qazaxda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən dövlət qayğısına, şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərə görə icra başçısına dərin minnətdarlığını çatdırıb.

Sonra həyata keçirilən layihə barədə məlumat verən S.Orucov qeyd edib ki, əsas məqsəd 27 sentyabr – 8 noyabr 2020-ci il tarixlərində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində döyüşərək şəhid olmuş oğullarımızın ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi və sosial təminat hüquqlarının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdır. Fond rəhbəri bildirib ki, layihə çərçivəsində qeyd olunan problemlərin həlli ilə bağlı aidiyyəti olan Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail, Qazax və Ağstafa rayon şöbələri ilə birlikdə əməkdaşlıq edərək Bakı şəhərində və sərhədyanı Qazax, Ağstafa rayonlarında Vətən müharibəsində döyüşərək şəhid olanların ailələrinin, müharibə əlillərinin və veteranlarının tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə hüquqi yardım göstəriləcəkdir. Həmçinin, Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissiyasından keçərək xarici ölkələrdə müalicə olunmaları üçün rəy almış müharibə əlillərinə aidiyyəti qurumlar tərəfindən təmin olunmasına hüquqi köməklik olunacaqdır.

S.Orucov qeyd edib ki, vətəndaşlarımız dərk etməlidirlər ki, bu gün daha çox şəhid ailələrinin, müharibə əlillərinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiyyətin daim diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin və müharibə əlillərinin problemləri yalnız onların problemləri deyil, bütün cəmiyyətin problemi sayılmalıdır. Fond rəhbəri bildirib ki, layihənin icra planına əsasən mart, aprel və may aylarında adları qeyd olunan Bakı şəhərinin Səbail rayonunda və Qazax, Ağstafa rayonlarında, aidiyyəti olan qurumlarla birlikdə əməkdaşlıq edərək şəhid ailələri, müharibə əlilləri və veteranlarının iştirakı ilə onlara verilmiş tibbi və sosial imtiyazlar barəsində maarifləndirmə işləri aparılması nəzərdə tutulub.

Fondun vitse-prezidenti Ənvər Qarayev, Hüquqşünası Fəqan Nəsibzadə çıxış edərək qonaqpərvərliyə və layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə təşəkkürlərini çatdırıblar. Ulu Öndər Heydər Əliyev tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərilən qayğının bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirildiyini qeyd ediblər. Dövlətin bu təbəqədən olan insanlara göstərdikləri qayğının bölgələrimizdə də olduğu kimi icra olunmasını təqdirəlayiq hal hesab ediblər. Həmin qayğının Qazaxda real əksini tapmasını razılıqla qarşılayıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər