Sizin Reklam Burada

Gənclər təşkilatı növbəti maarifləndirici tədbirini Balakən rayonunda davam etdirib

Gənclər təşkilatı növbəti maarifləndirici tədbirini Balakən rayonunda davam etdirib“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə növbəti tədbirini 12 aprel 2022-ci il tarixində Balakən rayonunda keçirib.

Rayon Gənclər evində keçirilən “Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı tədbirdə rayon gəncləri və məktəblilər iştirak edib.

Tədbiri giriş sözü ilə Balakən rayon İH-in nümayəndəsi Aqil Babayev açaraq iştirakçıları salamladı və bu mövzunun aktual olduğunu vurğulayıb. Təşkilatın nümayəndəsi Tələt Qəribov narkomaniyanın cəmiyyətimizə gətirdiyi çoxsaylı fəsadları haqqında iştirakçılara geniş məlumat verib. Balakən RPŞ -in narkotiklərə qarşı mübarizə idarəsinin rəisi Rahib Hüseynov, Gənclərin İnkişaf və Koryera mərkəzinin Balakən nümayəndəliyinin drektoru Şahin Qarakişiyev narkomaniyanın yaylmasının bizə düşmən qüvvələr tərəfindən gəncliyimizə bir qəsd olduğunu və rayonda bu bəlaya qarşı görülən tədbirlər haqqında geniş məlumat veriblər.

Rayon gənclərindən Elçin Bodirov, Ləman Süleymanova, müəllimə Maral Muradova mövzuya aid sual və təkliflərini səsləndiriblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər