star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Rafael Cəbrayılovun qardaşı SAXLANILDI

Rafael Cəbrayılovun qardaşı SAXLANILDIKeçmiş deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb.

Qaynarinfo xəbər verir ki, Elşən Cəbrayılovun saxlanılması dələduzluq faktı ilə bağlıdır. Bu gün onun barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Rafael Cəbrayılovun hüquqi varisi olan xanımı Aidə Cəbrayılovanın vəkili Vüqar Kazımov xəbəri təsdiqləyib:

"Elşən Cəbrayılovun 2 gün əvvəl saxlanılıb. Güman ki, bu gün onun barəsində müvafiq qərar veriləcək. Onun nədə ittiham olunduğunu dəqiq deyə bilmərəm. Deyəsən, dələduzluğa görədir”.

Xatırladaq ki, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rafael Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişdiyi üçün məhkəmədə onu hüquqi varisi Aidə Cəbrayılova təmsil edir.

Son məhkəmə proseslərində zərərçəkənlər Elşən Cəbrayılovun həbsini tələb edirdi. Rafael Cəbrayılovun xanımı Aida Cəbrayılova isə Elşən Cəbrayılovla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişdi. Onun müraciətində Elşən Cəbrayılovun 8 milyon manat məbləğində vergi ödənişindən yayındığı qeyd edilmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər