Pandemiya dövründə yazılan cərimələr ləğv edilsin - Təklif
Dərc olunub:
12-04-2022, 13:25
Azərbaycanda pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi təklif edilir.
Avrasiya.net xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxış edib.
O bildirib ki, bu məsələ parlamentin komitələri tərəfindən müzakirə olunaraq plenar iclasa çıxarılmalıdır.
Qeyd edək ki, deputat həmçinin PCR testinin ləğv edilməsini və Azərbaycanın quru sərhədlərinin açılmasını da təklif edib.