Sizin Reklam Burada

Ukraynada tutulan iş adamı: 15 ilimi verin, çıxım gedim

Ukraynada tutulan iş adamı: 15 ilimi verin, çıxım gedimBakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə vəkil bildirib ki, o, mart ayında ekspertiza keçirilməsi ilə bağlı verdiyi vəsatət baxılmamış saxlanılıb. Vəkil xahiş edib ki, həmin vəsatətə baxılsın.

Hakim bildirib ki, indiki mərhələdə baxılması mümkün deyil. Sənədlərin tədqiqi mərhələsində vəsatətə baxılacaq.

Prosesdə Maqsud Mahmudov etiraz edib. O bildirib ki, vəsatətə baxılmır və proses uzadılır: "Niyə uzadırsınız? Əgər baxmaq istəmirsinizsə, 15 ilimi verin çıxım gedim".

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər