Azərbaycanda bütün karantin qaydalarının ləğvi GÖZLƏNİLİR

Azərbaycanda bütün karantin qaydalarının ləğvi GÖZLƏNİLİRKarantin qaydalarının yumşaldılması müzakirə olunur. Son mərhələdə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verəcək.

Bunu Modern.az-aaçıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri ölkəmizdə növbəti dəfə karantin qaydalarının yumşaldılacağını söyləyib.

Onun fikrincə, müəyyən vaxtdan sonra bütün qadağalar ləğv olunacaq: “Artıq dünyanın bir çox yerlərində qadağalar götürülüb. Düşünərəm ki, Azərbaycanda da epidemiyanın artıq sonu gəlib. Yavaş-yavaş bütün karantin qadağaları ləğv olunmalıdır və olunacaq. Qadağalar mərhələli şəkildə götürülməlidir ki, yenidən kütləvi yoluxma ilə qarşılaşmayaq. Müxtəli parametrlər nəzərə alınmalıdır. Birinci növbədə karantin qərarını elan edən Ümumdünya Səhiyyə Təşkilatının qərarını gözləməliyik. Biz epidemiyanı nəzarətdə saxlaya bilirik, qiymətləndiririk, ancaq dünyada proses necə gedir, hansı ölkələrdə yoluxma sayı artıb və ya koronavirusun yeni modifikasiyası ortaya çıxa bilərmi, bunları qiymətləndirə bilmərik. Nəzərə alınmalıdır ki, üzü yaya doğru gedirik, insanlar maska rejimində qalmaqdan sıxılırlar. Xüsusən yas mərasimlərinə icazə verildikdən sonra heç kim maska rejiminə əməl etmir. Buna uyğun olaraq adevkat qərar qəbul etmək olar”.

M.Quliyev, həmçinin qeyd edib ki, digər vacib məsələlərdən biri quru sərhədlərin açılmasıdır:

“Turizm mövsümü gəlir və sərhədlərin açılmasını elan etməliyik ki, Azərbaycanda istirahətini planlaşdıran insanlar artıq bu nüansı nəzərə alsınlar. Turizm mövsümündə ləngiyə bilərik, bu da bizim həm iqtisadiyyatımıza, həm də turizm sənayemizə mənfi təsir götürə bilər. Rusiyada, Gürcüstanda, Cənubi Azərbaycanda yaşayan xeyli sayda azərbaycanlı var və onların Vətənə rahat gələ bilməsi üçün sərhədlər açılmalıdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda tibbi maskadan istifadə tələbinin ləğv edilməsi məsələsinə baxıldığını bildirmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər