Sizin Reklam Burada

Dumanlı hava şəraiti aprelin 13-dək davam edəcək

Dumanlı hava şəraiti aprelin 13-dək davam edəcək"Hazırda ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti inversiya xarakterlidir. Ölkə ərazisinin bəzi bölgələrində, o cümlədən Bakıda görünüş məsafəsi 200-800 metr, Astara rayonunda isə 50 metrədək məhdudlaşıb".

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, mövcud sinoptik şərait temperatur inversiyasının yaranmasına səbəb olub: "Gecə və səhər saatlarında nisbətən soyuq hava kütləsinin isti havanı sıxaraq yuxarı təbəqələrə qaldırması nəticəsində yerüstü təbəqədə temperatur yuxarı təbəqəyə nisbətən aşağı olub. Yaranan inversiya qatı dumanın əmələ gəlməsinə şərait yaradıb”.

G.Məmmədova vurğulayıb ki, ölkə ərazisində dumanlı hava şəraiti aprelin 13-dək əsasən gecə və səhər saatlarında fasilələrlə davam edəcək: "Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 50-500 m-dək məhdudlaşacaq. Aprelin 12-dən 13-nə keçən gecə cənub-şərq küləyinin şimal küləyi ilə əvəz olunacağı və arabir güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər