Dini radikalizm və ekstremizmin təhlükələrindən söhbət açılıb - VİDEO
Baku News TV-nin efirində bu dəfə dini radikalizm və ekstremizmin mahiyyəti və onun törətdiyi bəlalardan, təhlükələrdən söhbət açılıb. Mövzuya hüquqi, elmi cəhətdən yanaşılıb. Verilişin qonağı AMEA-nın Şərqşünaslıq İnstitutunun din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə doktor Vüsal Məmmədov olub.
Qeyd edək ki, veriliş Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb
Diqqətə çatdıraq ki, layhiə çərçivəsində 6 veriliş nəzərdə tutulub. Layihənin icra müddəti 4 aydır!