Sizin Reklam Burada

Oruc tutanlar Ramazan ayında necə qidalanmalıdır?

Oruc tutanlar Ramazan ayında necə qidalanmalıdır?Ramazan ayında oruc tutan şəxslərin qidalanma rejimi digər günlərdə qidalanma rejimindən fərqlənir. Amma buna baxmayaraq, gündəlik insan orqanizmi üçün lazım olan vitamin, mineral tələbatı ödənməlidir. Buna görə də oruc tutan şəxs Ramazan ayında düzgün qidalanmaya tam riayət etməli və orqanizmin ehtiyacı olduğu qidalara üstünlük verməlidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü, həkim-dietoq İlqar Şamilov "Report"a bildirib ki, imsak zamanı hər bir qida qrupundan zülallı, karbohidratlı və yağlı qidaların süfrədə olması mütləqdir.

Onun sözlərinə görə, bu qidalar arasında çərəzlərdən badam, qoz, fındıq da daxildir:

"Çörək seçimində isə buğda unundan hazırlanmış çörək məhsuluna üstünlük verməliyik. Ağartı məhsullarına gəlincə, oruc tutan şəxsin istifadə etdiyi qidalar arasında süd və kəsmik də ola bilər. Həmçinin, tərəvəzlərə də üstünlük vermək lazımdır”.

Həkim-dietloq imsak zamanı şirin çay içməyi tövsiyə etmir:

“Bunun əvəzində bitki çayı və yanında porsiyasına diqqət etdiyimiz quru meyvə yemək olar. İmsakın bitməsinə 10-15 dəqiqə qalmış 2-3 fincan su istifadə etmək məsləhətdir ki, gün ərzində orqanizm susuzluq çəkməsin".

İ.Şamilov deyib ki, iftar zamanı orucu ilk öncə ilıq su və ya xurma ilə açmaq məsləhətdir:

"Ardınca az yağlı və ədviyyatsız ilıq şorba içmək, 5-10 dəqiqə fasilədən sonra isə əsas yeməyə keçid etmək olar. Əsas yemək isə çox yağlı, qızarmış və karbohidratlı qidalar olmamalıdır. Ət məhsullarına gəldikdə, qırmızı ət, toyuq və balıq əti, qarnir olaraq isə bulqur, qarabaşaq, az miqdarda düyü və tərəvəzlərdən istifadə etmək olar".

Həkim vurğulayıb ki, iftar zamanı qazlı və şirin içkilərdən istifadə məsləhət deyil:

"Su və ya duzsuz ayran içmək məsləhətdir ki, susuzluq ehtiyacını qarşılasın. İftardan 30-45 dəqiqədən sonra yürüşə çıxmağı məsləhət görürəm. Həmçinin iftardan 1-2 saat öncə idmanla məşğul olmaq daha məqsədəuyğundur. Ardınca şəkərsiz, südsüz qəhvə və ya quru meyvə ilə bitki çayı, mövsümü meyvə yemək olar".

Qeyd edək ki, mübarək Ramazan və orucluq ayı aprelin 2-də başlayır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər