Gənclər Quba Soyqırım Memorial Kompleksi ziyarət ediblər
Martın 29-da Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bir qrup gənc 31 Mart “Azərbaycanlıların Soyqırım günü” ilə əlaqədar Quba şəhərində yerləşən Soyqırım Memorial Kompleksində olublar.
İştirakçılar əvvəlcə kütləvi məzarlığı və Soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Gənclər daha sonra Kompleksdə fəaliyyət göstərən Soyqırım Muzeyinə ekskursiya ediblər.
Ekskursiya zamanı gənclər Muzey ekspozisiyasında sərgilənən və qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları, soyqırımı əks etdirən şəkillərlə tanış olublar, onlara 1918-ci ildə baş verən qanlı hadisələr barədə tarixi sənədlər və faktlar əsasında gənclərə ətraflı məlumat verilib. Daha sonra muzeydə təşkil olunan anım tədbirində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yal edilib.
Çıxışlarda xüsusi qeyd olunub ki, “Azərbaycanlıların Soyqırımı günü”ndən uzun zaman kəsiyinin keçməsinə baxmayaraq soyqırım qurbanlarının xatirəsi xalqımız tərəfindən yad edilir və bundan sonra yad olunacaqdır. Tədbirin sonunda region gəncləri birgə xatirə şəkli çəkdiriblər. Ekskursiyada 20-dən çox rayon gənci iştirak edib.
#AzərbaycanlılarınSoyqırımGünü #31MartAzərbaycanlılarınSoyqırımGünü #SiyəzənGİİ #Gənclərİdman #AZEgənclər