Sizin Reklam Burada

QHT regionlarda tədbir keçirib

QHT regionlarda tədbir keçirib“Sahibsiz uşaqlara kömək” İctimai Birliyi 01 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Uşaqlar arasında narkomaniya, zərərli vərdişlər və onların fəsadları və təhlükəsi barədə məlumatlandırmanın keçirilməsi” adlı layihəsi çərçivəsində tədbirlər keçirib. Layihə şərçivəsində təşkilatın əməkdaşları Bakıda (Maştağa, Sabunçu rayonları daxil olmaqlar) küçələrdə (küçə uşaqları), bazarlarda, çayxanalarda və b. narkomaniya, zərərli vərdişlər, onların fəsadları ilə bağlı və təhlükəliliyi haqqında tədbirlər keçirir, maarifləndirmə işləri aparır. Eyni zamanda maarifləndirici bukletlər çap olunub insanlar arasında paylanır. Təşkilatın psixoloqu azyaşlılarla, xüsusilə küçə uşaqları ilə söhbətlər aparıb, onların valideynləri ilə tanış olub problemin aradan qaldırılmasında onlara yardım edir.

Layihə çərçivəsində Bakı ilə yanaşı, təşkilat Beyləqan rayon Polis bölməsinin baş müstəntiqi Vüsal Əliyevin də iştirakı ilə 28 fevral, 1, 2 mart 2022-ci il tarixdə Beyləqan rayonunuda şəhər M. Mehdizadə adına 3 saylı tam orta məktəbdə (direktor Hikmət Allahverdiyev), Beyləqan Peşə Məktəbində çayxanalarda, bazarlarda narkomaniyanın fəsadları haqqında maarifləndirici tədbirlər həyata keçirmişdir.

Təşkilat 7, 8, 9 mart 2022-ci il tarixdə Oğuz rayonunun Padar kəndində (direktor Əntiqə Tahirova) və Oğuz şəhərindəki 3 saylı məktəb-liseydə (direktor Elxan Bilalov), 15, 16, 17 mart 2022-ci il tarixdə Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbində (direktor İradə Cəlilova) də şagirdlərə narkonamiya, narkotik maddələri satan cinayətkarların cinayətkar fəaliyyətləri haqqında məlumat verdi. Oğuz rayonunda QHT nümayəndələri ilə birgə orta məktəblərdə maarifləndirici tədbirlərdə işıtirak edən Oğuz rayon Polis bölməsinin əməkdaşı İsa Quliyev şagirdlər qarşısında narkomaniyanın yaratdığı asılılıqdan, insanların həm özlərinə, həm də ətrafdakılara vurduqları ziyandan danışarkən, şagirdləri öz həyatları ilə bağlı, seçimlərində və verdikləri qərarlarda məsuliyyətli olmağa çağırdı. Şagirdlərə müraciət edən təşkilat sədri Məlahət Abbasova narkomaniyanın ciddi bir problem olduğunu və onun əsas qurbanlarının yeniyetmələr olduğunu deyərək, problemin həllində QHT, hüquq-mühafizə orqanlarının və yeniyetmə-gənclərin bərabər əməkdaşlıq etməsini bildirdi. Məlahət Abbasova bildirdi ki, həyata keçirdiyimiz layihədə əsas vəzifələrdən biri insanların maarifləndirməsidir. Burada xüsusilə küçə uşaqlarının maarifləndirilməsinə xüsusi diqqət verilir. Bu məqsədlə biz potensial qurbanlarla sıx-sıx söhbətlər aparıb, onlara narkotikanın, siqaretin zərəri ilə bağlı məlumat veririk.

Layihə çərçivəsində əhaliyə narkomaniya problemi ilə bağlı maarifləndirici bukletlərlə yanaşı, tibbi maskalar, spirt və digər gigiyenik vasitələr də paylanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər