Musa Quliyev işlə bağlı Baş nazirə müraciət etdi
Dərc olunub:
15-03-2022, 12:18
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Baş nazir Əli Əsədova müraciət edib.
Bununla bağlı Musa Quliyev parlamentin iclasında hökumətin 2021-ci ildə görülən işlər haqqında hesabatının müzakirəsi zamanı çıxış edib.
"Mən seçildiyim Gəncə şəhərinin problemlərinin həlli ilə bağlı işlər görülməsini istəyərdim. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əsas problemi işsizlikdir. Gəncədə xüsusilə qadınların və gənclərin işsizlik probleminin aradan qaldırılmasına ehtiyac var. Bu məsələyə diqqət yetirilməsini təklif edirəm", - deyə komitə sədri vurğulayıb.