Sizin Reklam Burada

“Narkomaniya ilə mübarizədə cəmiyyətimiz səfərbər olmalıdır” – Ekspertlər

“Narkomaniya ilə mübarizədə cəmiyyətimiz səfərbər olmalıdır” – EkspertlərAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin “Narkomaniya aludəçiliyinin qarşısının alınması istiqamətində təşəbbüslərin dəstəklənməsi” adlı layihənin icrası davam edir.Təsviri Plana uyğun olaraq ZOOM üzərindən layihənin tələbələrlə müzakirəsi keçirilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) 100-dən çox tələbəsinin iştirak etdiyi müzakirədə qaldırılan problemin həll yolları, ”ağ ölüm”lə üz-üzə qalmış gənclər və digər yaş qrupundan olan şəxslərin bu zərərli vərdişlərdən çəkindirməyin vacibliyi diqqətə çatdırılıb.

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman İsa (Məmmədov) təmsil etdiyi təşkilatın fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, həmçinin narkomaniya ilə bağlı mövzunun aktuallığndan bəhs edərək, göstərdiyi dəstəyə görə, universitetin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra çıxış edən AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev gənclərin, tələbələrin sağlam həyat tərzinin təmin olunması, eləcə də onların bilik və bacarıqlarının artırlması üçün unversitetdə yaradılan şəraitdən danışıb.

Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin üzvü, millət vəkili, Sumqayıt Uşaq xəstəxanasının baş həkimi Müşfiq Məmmədli isə narkomaniya ilə mübarizədə təmsil etdiyi ali qanunverici orqanın atdığı addımlardan, bu problemin aradan qaldırılması üçün təşəbbüslərə toxunub.Ekspert daha sonra “ağ ölüm”ün yaratdığı fəsadlardan və cəmiyyətin, səhiyyə sisteminin üzərinə düşən vəzifələrdən nümunələr gətirib.

Tədbirə ekspert qismində qatılan “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyevanın da çıxışı tələbələrin marağına səbəb olub.Təşkilat sədri sağlamlıqla bağlı həyata keçirdikləri layihələrin icrası zamanı narkomaniya mövzusuna xüsusi diqqət yetirdiklərini dilə gətirib. O, tələbələrin diqqətinə çatdırıb ki, narkomanların səhlənkar davranışı, sterilizə olunmamış şprislərdən fasiləsiz istifadə digər təhlükəli xəstəliklərə yol açır.

Daha sonra çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Sürəyya Məmmədova, Azərbaycan Texniki Universitetinin tələbə-rektoru Şamil Nurullayev, həmin universitetin Energetika və Avtomatika fakültəsinin birinci kurs tələbəsi Şayəstə Hüseynova da mövzunun aktuallığından danışıblar.Tədbir sonra sual-cavab şəkilində davam edib.

Təşkilatdan bildirilib ki, layihənin icra müddəti 4 aydır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər