Manaf Ağayevi Füzuliyə buraxan polis polkovniki işdən QOVULDU
Dərc olunub:
7-03-2022, 13:22
Müğənni Manaf Ağayevin Füzuliyə qanunsuz səfərinə görə polis polkovniki xidmətdən kənarlaşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
"Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi - polis polkovnik-leytenantı N. Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edilib və o, daxili işlər orqanlarında xidmətdən xaric olunub", - məlumatda qeyd olunub.