Sizin Reklam Burada

Müvəkkil Hüquq Mərkəzi Şabran rayonunda şəhid ailələri və veteranlara görüş təşkil edib - FOTO

Müvəkkil Hüquq Mərkəzi Şabran rayonunda şəhid ailələri və veteranlara görüş təşkil edib - FOTOMüvəkkil Hüquq Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təşviqi” layihəsi çərçivəsində Şabran rayonu Heydər Əliyev Mərkəzində hüquqi - maarifləndirici tədbir keçirib.

Tədbirdə salamlama nitqi ilə çıxış edən 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına yönəlik siyasətinin əsas qayəsini şəhid adlarının əbədiləşdirilməsi, qazilərimizin sağlamlığının təmin edilməsi, bu həssas qrupa aid olan şəxslərin sosial rifahının yaxşılaşdırılması təşkil edir: “Vətəndaş cəmiyyəti institutlarının bu sosial qruplara yönəlik layihələrini alqışlayıram. Hesab edirəm ki bu layihələr davamlı olmalı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu sahəni daimi diqqətdə saxlamalıdır”.

Daha sonra çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov rayonda şəhid ailələrinə və müharibə veteranlarına göstərilən diqqət və qayğıdan bəhs edib.

Müvəkkil Hüquq Mərkəzinin sədri və layihənin koordinatoru Səməd Vəkilov bildirib ki, dövlət tərəfindən bu fəaliyyətlərin dəstəklənməsi həssas sosial qrupların problemlərinin həll olunmasına, onların hüquqlarının reallaşmasına əlavə töhfədir. Çünki bəzi hallarda şəhid ailələri, müharibə əlilləri və veteranları yaranmış müxtəlif situasiyalarda hansı hüquqi proseduraları reallşadıracağını bilmir və eyni zamanda müxtəlif müraciət formalarının hazırlanmasında çətinlik çəkirlər.

Bütün bu məsəllərdə Müvəkkil Hüquq Mərkəzi layihə benefisarlarına dəstək olmağa hazırdır. Təşkilat sədri eyni zamanda qeyd edib ki, problemlərdən biri də şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qanunvericiliklə nəzərdə tutulan hüquqlar haqqında az məlumatlı olmasıdır. Bu məqsədlə layihə çərçivəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqları ilə bağlı 3 maarifləndirici veriliş və buklet hazırlanıb.

Daha sonra çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədr müavini Mobil Vəkiloğlu şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qanunvericilikdə nəzərdə tutulan hüquqları barəsində geniş məlumat verib.

Tədbir sual -cavab və Müvəkkil Hüquq Mərkəzinin hüquqşünaslarının tərəfindən hüquqi yardımın gösətrilməsi ilə davam edib.

Görüşdə Hacı Malik Xəlil Ağagül oğlu Şabran rayonun şəhidlərinə həsr olunmuş "Qısa ömrün uzun illəri" adlı kitabını millət vəkili Sadiq Qurbanova təqdim edib. Eyni zamanda 44 günlük vətən müharibəsinə və şəhidlərin xatirəsinə həsr edilən “Dəmir Yumruq” abidəsinin eskizi təqdim edilmişdir.

Millət vəkili, icra hakimiyyəti başçısı,rayonun digər qurumları rəhbərlərinin iştirakı ilə şəhid ailələri və mühariibə veteranları ilə görüş çay süfərində davam etmişdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər