Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib
Dərc olunub:
21-02-2022, 16:29
Fevralın 21-də Bayraq Meydanı ərazisində Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. "Xocalı - bəşəriyyətə qarşı tarixi cinayət" şüarı ilə təşkil olunan aksiyada Gənclər və İdman İdarəsinin könüllüləri və fəal gənclər iştirak edib. Aksiya zamanı ərazidə 50-dən çox müxtəlif növ ağac əkilib və aqrotexniki qulluq göstərilib.
#Xocalı30 #Khojaly30 #Xocalı30il #XocalıSoyqırımı #KhojalyGenocide #XocalıyaƏdalət #JusticeforKhojaly #HocalıKatliamı #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz