Sizin Reklam Burada

Yolu bağlayan TIR sürücüsü həbs olundu

Yolu bağlayan TIR sürücüsü həbs olunduBakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə etiraz əlaməti olaraq yolu bağlayan TIR sürücüsü Rəmiş Cəfərov həbs olunub.

Avrasiya.net xəbər verir ki, onun barəsində 15 sutka həbs qərarı çıxarılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı açıqlamada da bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlamışdı. “R-Group” şirkətinin sürücüləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz edirdilər. Onlar TIR-lardan birinin üzərinə “bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!” ifadələrini yazıblar.

TIR-ların yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkətində bir müddət böyük tıxac yaranıb. Sonradan Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yolda nəqliyyatın hərəkətini bərpa ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər