Sizin Reklam Burada

Bakıda marixuanalı içki satılır: qiyməti 3,89 AZN - Video

Bakıda marixuanalı içki satılır: qiyməti 3,89 AZN - VideoPaytaxt mağazalarının birində üzərində narkotik vasitə olan marixuananın şəkli olan içki satılır. Hətta içkinin üzərində tərkibini bildirən etiketdə də vitaminlərlə bərabər tərkibində xaşxaş bitkisinin olunduğu qeyd olunub.

Bəs içkinin satışa bu şəkildə çıxarılması düzgündürmü?

Bakupost.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, görüntülər paytaxtdakı marketlərdən birində lentə alıb. Həmin marketdən bu içkini alan bir şəxs bununla bağlı televiziyamıza etdiyi müraciət əsasında biz də məsələni araşdırmaq üçün elə həmin marketə üz tutduq.

Qiyməti 3 manat 89 qəpiyə satılan, alman istehsalı olan bu içikinin üzərində tərkibini bildirən etiketdə də vitaminlərlə bərabər tərkibində xaşxaş bitkisinin olunduğu qeyd olunub.

Mağaza rəhbərliyindən məhz üzərində narkotiki təbliğ edən içkinin açıq satışı ilə bağlı mövqe öyrənməyə çalışdıq.

Mağazadan bildirildi ki, içki dövlət qurumlarından alınan rəsmi sənədlər əsasında satışa çıxarılıb.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, məsələ dövlət qurumu tərəfindən qeydiyyata alınıb və bununla bağlı araşdırma aparılacaq.

Qida ekspertləri isə vurğulayır ki, məhsulun üzərində açıq şəkildə "xaş xaş" bitkisinin olması onu tərkibində bu maddədən istifadə olunduğunu göstərir. Bu isə istehlakçılarının hüququnu pozmur. Amma burda olan incə detal bu maddənin həmin məhsulun tərkibində hansı formada və hansı ölçüdə istifadə olunmasıdır.

Ekspert Fuad Ağayev qeyd edib ki, əgər müayinə zamanı həmin maddənin ölçüsü 0,3 faizdən çox olarsa bu bir başa həmin standartların pozulması və bu məhsulun psixostimulyatora aid olduğunu göstərəcək. Yox əgər tərkibdəki xaş xaşın miqdarı 0,3 faizdən aşağı olarsa bu sadəcə qida əlavəsi sinfinə aid olur və istifadəsində heç bir qadağa yoxdur. hətta bir çox ölkələrdə spirtli içkilərdən tutmuş digər qida tərkiblərində də yağ formasında xaşxaşdan istifadə olunur.

Hüquqşünaslar isə bildirirlər ki, ölkə daxilində narkotik vasitələrin satışı və dövriyyəsi qanunla qadağandır. Bu içkinin üzərində narkotik tərkibli bitkinin açıq şəkildə reklam olunması qanunla qadağandır və bunu edənlər məsuliyyət daşıyırlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər