"Sağlam Yaşa” layihənin icrasına başlayıb
Dərc olunub:
9-02-2022, 20:02
"Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı layihənin icrasına başlayıb.
Layihənin icrası 01 fevral – 30 aprel tarixlərində Masallı, Cəlilabad, Salyan, Balakən və Zaqatala rayonlarında həyata keçiriləcək. Layihənin məqsədi yeniyetmə və gənclərimizi bəşəri bir bəla olan narkomaniyadan uzaq durmağa, onun fəsadları haqqında geniş məlumat verməkdən ibarətdir.
Son xəbərlər
