Sizin Reklam Burada

TƏBİB: "Ölənlər arasında vaksin olunan yoxdur"

TƏBİB: "Ölənlər arasında vaksin olunan yoxdur"Yoluxma sayının artması fonunda hazırda reanimasiyalarda müalicə alan ağır xəstələr və koronavirusdan ölənlər arasında vaksinasiya olunmuş şəxslər yoxdur.

Avrasiya.net xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, koronavirusdan ölən və hazırda reanimasiyada müalicə alan ağır xəstələr vaksinasiyadan keçməyənlərdir:

"İnsanlar arasında belə bir söhbət yayılır ki, filankəs vaksin vurdurmuşdu, amma koronavirusa yoluxub. Biz də deyirik ki, heç bir vaksin 100 faiz xəstəlikdən qorumur. Vaksinasiya olunanlar arasında 5-10 faiz insan var ki, onlar koronavirusa yoluxa bilər. İndi bizdə geniş istifadə olunan "Sinovac" vaksininin cəmi iki əks-göstərişi kağızında qeyd olunub. Bunlardan biri əvvəlki vaksinlərə qarşı həyati təhlükə daşıyan allergik reaksiya, ikincisi isə digər xəstəliklərin kəskinləşmə fazasıdır. Qalan heç bir halda əks-göstəriş yoxdur. Amma komissiyamız da bunu tam dəqiqliklə araşdırır və əsaslandırır ki, kimlər bu vaksini hansı səbəbə görə vura bilməz".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər