Sizin Reklam Burada

Şirkətin vəzifəli şəxsləri barədə cinayət işi başlandı

Şirkətin vəzifəli şəxsləri barədə cinayət işi başlandıDelta Qrup C.O. MMC-nin Satış departamentinin regionlar üzrə satış şöbəsinin Şirvan bölgəsinin satış təmsilçisi Mikayıl Dadaşovun və digər aidiyyəti şəxslərin qanunsuz hərəkətləri barədə cinayət işi başlanıb.

Şirvan şəhər prokurorluğundan Avrasiya.net-ə verilən məlumatda bildirilir ki, bu barədə rayon prokurorluğuna müraciət daxil olub.

Bununla əlaqədar aparılmış araşdırma zamanı Mikayıl Dadaşovun 2020-ci il noyabrın 17-dən 2021-ci il aprelin 09-dək olan dövr ərzində 84 müştəri üzrə aparılmış mədaxil və məxaricə dair əməliyyatlarında 90 min 500 manat məbləğində çatışmazlıq aşkar edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcəkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər