Sizin Reklam Burada

Tədqiqatlarda e-hökumətin fəlsəfi nəzəriyyəsi

Tədqiqatlarda e-hökumətin fəlsəfi nəzəriyyəsiKönül Şəkiyeva

Elektron hökumət – (ing. E-Government) dövlət hakimiyyət orqanlarının müxtəlif qolları ilə vətəndaşlar, təşkilatlar və e-ekonomikanın digər subyektləri arasında rəqəmsal qarşılıqlı fəaliyyətin təşkilinin normativ-hüquqi təmin edilməsi, tələb olunan təşkilati işlərin toplumu və texnologiya paketidir. Elektron hökumət dövlət orqanlarının fəaliyyəti haqqında informasiyanın təqdim edilməsinin səmərəli üsulunu vətəndaşlara, biznesə, dövlət orqanlarının digər qollarına və dövlət məmurlarına dövlət xidmətinin göstərilməsini nəzərdə tutur, burada dövlət ilə şikayətçi arasında şəxsi qarşılıqlı fəaliyyət ən aşağı səviyyədədir və informasiya texnologiyalarının, mobil texnologiyaların və İnternet şəbəkəsinin verdiyi imkanlardan maksimum istifadə edilir.

Son bir neçə onillikdə dünya tədqiqatçılarının diqqət mərkəzində olan mövzulardan biri İT və elektron hökumət (ing. elektronic qovernment, e-qovernment ) mövzusudur. Biz burada İngiltərəli tədqiqatçılar Riçard Heeks və Savita Bailurun bir tədqiqatını araşdırmağa çalışacağıq. Müəlliflər ingilis dilli ədəbiyyat içərisində bu mövzuya həsr edilmiş 84 nəşri hərtərəfli təhlil etmişlər.

Tədqiqatçılar İT və e-hökumətin tətbiqi ilə bağlı olan təsirləri, həm də bu təsirin səbəbləri ilə bağlı nəticənin perspektivinin başa düşülməsi üçün ümumi təsəvvürlərdən başlayırlar. İT və elektron hökumətin tətbiqinin təsirinin araşdırılması bir neçə üsulla ola bilər: məsələn, dövlət orqanlarında baş verən dəyişilmələri başa düşmək yolu ilə və ya indiki halda olduğu kimi, e-hökumət haqda yazan şərhçilərin fikirlərini təhlil etməklə. Bu struktur iki səviyyədə qurulmuşdur. Birincisi, texnologiyaların bir sıra perspektiv təsirləri, optimizmdən pessimizmə qədər. Optimist adlanan bəzi şərhçilər, İT tətbiqinin təsirini əhəmiyyətli dərəcədə müsbət hesab edir, xərclərin azalması və dövlət xidmətinin keyfiyyətinin yaxşılaşması haqda fikirlər söyləyirlər.

Digərləri - pessimist mövqedə olanlar isə, İT tətbiqini əhəmiyyətli dərəcədə neqativ təsirlərlə əlaqələndirir və bunun böyük xərclərə səbəb olacağını və ya ictimai məsuliyyətin itiriləcəyini iddia edirlər. İkinci yanaşma isə, təsir səbəblərinə dair texnoloji determinizmdən sosial determinizmə qədər fikirlərin davamıdır. Texnoloji determinist şərhçilər hesab edirlər ki, bu yanaşma əsasən İT və e-hökumət tətbiqinin təsirini müəyyən edən texnologiyalara xasdır. Onlar bu təsirləri birbaşa texnologiyaya bağlayır, bu işin maya dəyəri və s. haqda fikirlər irəli sürürlər. Məsələn, hesab edilir ki, kompüterlərin tətbiqi dövlət sektorunda işçi yerlərinin azalmasına səbəb olacaq. Digərləri – sosial deterministlər – hesab edirlər ki, sosial strukturlarda insanların seçimini, əsasən İT tətbiqinin təsiri müəyyən edir. Onlar insan amilini fəaliyyətlə bağlayan dəyər haqda ifadələrdən istifadə edirlər. Məsələn, kompüterləşmə ilə bağlı hər hansı iş yerinin itirilməsi, rəsmi menecerlərin işçiləri normadan artıq işlətdikləri vaxt baş verir.
Hər bir kontiniuum (proses) təsirlərə münasibətdə neytrallığa müvafiq orta mövqeyə malik olur (məs. İstər yaxşı, istərsə də pis təsirlərin dəyərliliyi barədə ifadələr) və bu təsirlərin səbəblərinin həm şərti, həm də sosial-texniki əsaslandırılması (məs. insan faktorunu rəhbər tutaraq, nəticələri müdafiə edir və ya İT dəstəkləməyə imkan verən dəyərlərin təsdiq edilməsi).

Belə struktur hökmən mürəkkəb reallığı sadələşdirir, amma o, informasiya texnologiyaları və dövlət idarəçiliyi sahəsində olan müxtəlif yanaşmaların başa düşülməsi üçün istifadə edilə bilər. İT və e-hökumətin təsirlər baxımından təhlili göstərir ki, İT dövlət sektorunda tətbiqi istər müsbət, istərsə də mənfi qavranılan təsirlərlə bağlı ola bilər. Eyni bir təsir bunda marağı olan bir insan tərəfindən müsbət, digər maraq sahibi tərəfindən mənfi qarşılana bilər. Elektron hökumətlə bağlı təsirlərin səbəbini axtaranda görürük ki, bu, əsasən, sosial kontekstdə formalaşan insan fəaliyyətinin nəticəsidir. Texnologiya ən azı insan niyyətlərinin və seçimlərinin formalaşmasında rol oynayır və özü də insanın niyyətləri və seçimləri ilə müəyyən edilir. Bizim üçün nəticəyə “yarıyadək boş stəkan” baxışı (bədbin baxış) bundan ibarətdir ki, təhlil edilən məqalələrin demək olar ki, hamısı, pozitiv və texnoloji determinist mövqe tutur.

Biz e-hökumət haqdakı müzakirələrdə olan güclü optimizmin daha bir izahını təklif edə bilərik: bu şəxsi maraqdır. Belə ki, bu mövzuda yazan 15 müəllif məqalələrində bəhs etdikləri layihələrdə, məhsullarda və ya xidmətlərdə birbaşa rol oynamışlar. Onlardan cəmi 5 nəfər qarışıq və ya qarışıq-müsbət fikirdə idilər; e-hökumət haqda qalanların fikri tam müsbət idi. Başqa sözlə, e-hökumət mövzusundan bəhs edənlərin üçdə ikisi onu müsbət qiymətləndirirlər. Bu məsələdə marağı olmayanların üçdə birindən azı da eyni ilə bu cür mövqe tuturlar. Ancaq “yarıyadək dolu stəkan” baxışı, yəni nikbin yanaşma da var. Müəlliflərin yarıdan çoxu hesab edir ki, e-hökumətin üstünlükləri haqda olan reklama bir neçə sual işarəsi əlavə edilməlidir. E-hökumət tədqiqatçılarının əksəriyyəti, burada insan amilinin və sosial amillərin hansısa bir rol oynaya biləcəyini qəbul edərək, kobud texnoloji determinizmi rədd edirlər. Beləliklə, hesab edirik ki, e-hökumət tədqiqatçılarının çoxunda bu işin uğur qazanacağına ümid üçün əsas var.

Riçard Heeks və Savita Bailur daha sonra qeyd edirlər ki, öz araşdırmalarına tədqiqat fəlsəfəsinin sadə modeli ilə: ifrat dərəcədə pozitivizm və sosial konstruksionizm ilə məhdudlaşan fəlsəfənin davamlılığı haqqında açıq görünməyən bir fikirlə (ifrat hallarının pozitivizm və sosial konstruksionizm ilə məhdudlaşdığı fəlsəfə kontinuumu hada qeyri-aşkar təsəvvürlə) davam edirlər.

Bu mövqe ilə bağlı tənqidlər olsa da, digər fəlsəfi sxemlər iki və ya çox ölçülü strukturdan istifadə etmişlər, obyektiv olandan subyektiv olana qədər davam edən bu tip kontinuum tədqiqatları kateqorialar üzrə təsnif etmək üçün çox vaxt əsas konsepsiya kimi istifadə olunur. Prosesi konkretləşdirmək üçün onlar, əvvəlcə pozitivizm və e-hökumət münasibətlərini araşdırırlar. Pozitivist e-hökumətin tədqiqi real, obyektiv ontologiyanı (gereçəkliyin mahiyyəti haqqında mülahizələr toplusunu) ehtiva edir. Onlar güman edirlər ki, e-hökumətdə əsas dəyişənlər (məs. texnologiya, vərdişlər, iş prosesləri, əmək kültürü) həqiqətən mövcuddur : və onlar əsasda yerləşən və ümumiləşdirilmiş “qanunlarla” izah edilən səbəb-nəticə əlaqələrinin toplusu ilə bağlıdır. Pozitivistlərin e-hökumət xüsusunda tədqiqatları empirik epistemologiyadan (dünya haqda məlumatları necə toplamaq lazım olduğu haqda fərziyyələrin toplusu) ibarət olacaqdır.
Burada onlar güman edirlər ki, məlumat və məlumat toplanması müşahidəçidən, onun maraqlarından və xarakterindən asılı deyildir. Əksinə, sosial konstruktivistlərin elektron işləmələrinin (layihələrinin) tədqiqi subyektiv ontologiyadan ibarət olardı. Kompüter avadanlığı daxil, fiziki obyektlərin maddi varlığını qəbul etməklə onlar güman edirdilər ki, hər hansı – maddi və ya qeyri-maddi – dəyişən üçün əhəmiyyət kəsb edən hər bir insan tərəfindən bu dəyişənə verilən konkret qiymətdir (mənadır). Bu qiymətlər digərləri ilə qarşılıqlı təsir nəticəsində yaranan subyektiv törəmələrdir.

Beləliklə, e-hökumət sahəsində sosial konstruksionizmin tədqiqi araşdırmaların diqqət mərkəzində insanların e-hökumət aspektlərinə münasibətdə malik olduqları konkret konstruksiya və qiymətlərin olduğunu güman edən epistemologiyanı ehtiva edəcəkdir. Onlar təklif edirlər ki, tədqiqatçının şəxsi konstruksiyaları, dizaynları və maraqları tədqiqatdan ayrı tutula, dəyərləndirilə bilməz. Biz e-hökuməti və təşkilatçılıq kültürünü öyrənməyə cəhd etməklə fərqi təsvir edə, göstərə bilərik. Pozitivist tədqiqatda nəzərdə tutulur ki, kültür hər hansı bir fərddən asılı olmayan nisbi möcudluğa malikdir, onu müşahidə etmək olar və onun mövcudluğu və digər dəyişənlərlə əlaqəsi hansısa bir şəkildə ölçülə bilər. Məsələn, bu tədqiqatda kültürün gücünü və növünü, onun müəyyən dərəcədə ölçülə bilən e-hökumət miqyasında tərəqqi kimi nəticələrə təsirini ölçməyə cəhd etmək olar.

Kəskin yanaşmaları xarakterizə etmək asan olsa da, hər hansı bir aralıq mövqenin xarakteristikası daha az aydındır, çünki bəziləri kəskin yanaşmalar haqda baza fikirlərini həddən artıq, ölçüyə gəlməz dərəcədə hesab etdikləri üçün, bu orta məxrəcə gəlməyə mane olur və tədqiqatda digər fəlsəfi yanaşmalar, diqqətə alınması gərəkən yeni ölçülər irəli sürürlər. Buna baxmayaraq biz, “aydın olmayan mövqe” roluna namizəd qismində tənqidi realizm və relyativizm kimi yanaşmaları nəzərdə tuturduq. Məqalələri təhlil edərkən, 84 nəşrin heç birində, - hətta keçici olsa belə - ontologiya, pozitivizm, epistemologiya, paradiqma və s. kimi fəlsəfi yanaşmalara istinada rast gəlmədik. Ona görə biz, tədqiqatın əsas fəlsəfəsini tədqiqatçıların başlıca olaraq əsas hadisələrə necə yanaşdıqlarından asılı olaraq çıxarmağa məcbur olduq. Bu hadisələr real və obyektiv olaraq qəbul edilibmi? Onlar sosial konstruksiya kimi qəbul edilibmi, yoxsa onlar bir başqa cür nəzərdən keçirilir? Bu cür ontoloji nəticələrlə yanaşı, biz bəzi epistemoloji nəticələr çıxarmağa ümid edirdik, ancaq belə yanaşmaya bir çox məqalələrdə rast gəlmədik. Aşağıda qeyd edəcəyimiz kimi, ancaq beş tədqiqat işində pozitivim ilə açıq şəkildə assosiasiya edən statistik, etibarlı və böyük həcmli sorğudan istifadə edilib. Araşdırdığımız məqalələrdən dörddə birindən azında real metodologiya hiss olunur.

Tədqiqatların əksəriyyətində müəlliflər öz məlumatlarını bəzi elmi nəşrlərin və ya hökumət sənədlərinin kifayət qədər sistemsiz təhlili zamanı əldə etmişlər. Tədqiqat apararkən biz başa düşdük ki, bu cür işlərdən epistemoloji nəticələr çıxara bilməyəcəyik, çünki, əksər işlərdə metodların seçilməsi səbəbi aydın deyildi. Böyük ehtimalla, belə seçim ciddi səyləri deyil, düşünülməmiş epistemologiyanı əks etdirir. Bu cür problemlərlə biz, ümumiləşməyə və hipotetik-deduktiv və induktiv yanaşmanın yararsız dəyərləndirilməsi zamanı rastlaşırıq, yalnız 4 məqalədə bu yanaşmaya dəqiq əməl edilir. Buradan belə bir ümumi nəticəyə gəlirik ki, tədqiqatların olduqca məhdud, bizim hesablamalara görə, dörddə birindən azında pozitivist yanaşma var: əsas amilləri real və obyektiv, ölçülə bilən və səbəb-nəticə əlaqələrinə qarışan kimi araşdıraraq. Hətta bu cür yanaşma belə pozitivizmə kifayət qədər sərbəst baxış tələb edir. Əgər biz eyniləşdirməyə Orlikovski-Barudinin yanaşmasını tətbiq etsəydik – “formal fikirlərin sübutlarını, dəyişənlərin kəmiyyətcə ölçülməsi, yoxlanılmış fərziyyələr və nəticə haqda nəticə, sonuc” ancaq bir məqalə həqiqi pozitivist olaraq hesab edilə bilər- qalanlarının demək olar ki, hamısı daha zəif və ya daha dolaşıq, qarışıq pozitivizmə misal ola bilər. Bununla biz hesab edirik ki, onlar amillər real və obyektiv olduqda onları araşdırırdılar; onlar ölçülə bilən və səbəb-nəticə əlaqəsi ilə bağlı olanda isə onları araşdırmırlar: və ya onlar bəzi faktorları açıq pozitivist mövqedən dəyərləndirirlər, digər hallarda məqalələrə qarşılıqlı subyektivlik və ya hətta subyektiv konstruksiya anlayışları əlavə edilir.

Relyativist mövqedən yanaşsaq, biz e-hökumətə aid bir sıra hələ aşkarlanmayan – e-hökumətin nə üçün istifadə olunması ilə bağlı suallar və ya onun həqiqi dəyəri və onun elan edilən üstünlükləri – interpretativistlərin yoxluğu və ya zəif pozitivizmin dominant olması səbəbindən tənqidi məqalələrin yoxluğu üzündən faktiki məlumat və ideyalar görə bilərik. Bu da həmçinin e-hökumət tədqiqatlarında tədqiqat fəlsəfəsinin olmadığı məsələsini irəli sürür. Bizim təhlil etdiyimiz tədqiqat işlərində tədqiqatın dəqiq, aydın fəlsəfəsinin şərhi, ifadəsi yoxdur. Birbaşa, açıq söyləsək, əgər bu tədqiqatın fəlsəfəsi araşdırılmır və istifadə olunmursa, günah kimdədir – tədqiqatçılarda, yoxsa tədqiqatın fəlsəfəsi anlayışında? Hər halda, ən azı, məqalələrin bir hissəsi praktiki tövsiyyələr verir və / və ya e-hökumətin digər tədqiqatçıları tərəfindən istinad edilir və ona görə bəzi akademik və ya praktiki mənada xeyirli ola bilir. Beləliklə, e-hökumət tədqiqatlarında tədqiqat fəlsəfəsinin vacibliyi və rolu məsələsi açıq qalır. Burada biz iki fikir təklif edə bilərik. Bir tərəfdən, tədqiqatın fəlsəfəsinin qəbul edilməsi özünün inkişafına, onların öz işlərini və başqalarının, həmçinin tədqiqat sahəsində akademik etibarlılığını təhlil etmək bacarığına kömək edir. Digər tərəfdən, tədqiqat ənənələrindən yazanlar belə qəbul edirlər ki, burada qeyd edilən həddindən artıq mənfi mövqe, nə real filosofların, nə də real tədqiqatçıların hərəkətlərinə az da olsa aidiyyatı olmayan nəzəri stereotiplərdir.

Beləliklə, müasir dövrdə elektron hökumət, İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiq edilməsi sayəsində dövlətin, biznesin və vətəndaşın qarşılıqı fəaliyyətinin yeni modelinin formalaşmasına kömək edən, dövlət idarəçiliyinin keyfiyyətinin daxili və müəssisələr arası qarşılıqlı fəaliyyətin optimallaşdırılması vasitəsi ilə yüksəltməyə yönəlmişdir. E-hökumət dövlət xidmətinin yüksək keyfiyyətlə təqdim edilməsini təmin edən, dövlət idarəçiliyində ictimai iştirakın və cəmiyyətin bütövlükdə demokratikləşməsinin səviyyəsinin yüksəldilməsini təmin edən publik hakimiyyətin təşkilinin keyfiyyətcə yeni səviyyəsini təmsil edən qurumdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər