Deputat AVP sədri seçildi

Ana Vətən Partiyasının qurultayı başa çatıb.

Partiyanın yeni sədri Milli Məclisin deputatı Günay Ağamalı seçilib.

Faktı partiyanın sabiq sədri, eyni zamanda Günay Ağamalının atası Fəzail Ağamalı təsdiqləyib.

Qeyd edək ki, Günay Ağamalı bakalavr təhsilini Qərb Universitetində tərcüməçilik-dilşünaslıq ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dillər Universitetində alıb.

Onun ilk iş yeri Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Tərcümə Araşdırmalar Mərkəzi olub. Burada əvvəlcə mütəxəssis, daha sonra isə baş mütəxəssis vəzifələrində çalışıb.

Daha sonra Günay Ağamalı Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya ixtisası üzrə təhsil alıb və eyni ixtisas üzrə doktorantura pilləsini də tamamlayıb.

2024-cü il parlament seçkilərində Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı namizəd kimi qızının irəli sürüldüyünü açıqlayıb. Günay Ağamalı hazırda VII çağırış Milli Məclisdə Ana Vətən Partiyasını təmsil edən yeganə deputatdır. Qeyd edək ki, o, Ana Vətən Partiyasında daha əvvəl Qadınlar Şurasının sədri seçilib.

Hazırda Günay Ağamalı Azərbaycan–Sudan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Deputat seçilənədək Günay Ağamalı “Buta” körpələr evi-uşaq bağçasının rəhbəri kimi fəaliyyət göstərib.

Modern.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər