Sizin Reklam Burada

"Belə yanaşma və təzyiq dili keçərsizdir"

"Belə yanaşma və təzyiq dili keçərsizdir"Azərbaycan Prezidentinin haqqında söz açdığı selektiv yanaşma dünyanın ölkəmizə münasibətdəki ikili standartlar siyasətinin göstəricisidir

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında Dövlət başçısı Azərbaycanın iqtisadi imkanlarından, sülh və yeni əməkdaşlıqlara çağırışları ilə yanaşı, hazırkı dövrün əsas hədəfləri olan “Böyük Qayıdış” proqramının uğurlu icrasından geniş bəhs etmişdir.

44 günlük müharibə günlərində Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın aparıcı kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələri ölkəmizlə bağlı yanlış informasiya “sel”ini aradan qaldırdı. Lakin müharibənin başa çatmasından sonrakı zaman kəsiyinin təhlili onu göstərir ki, üç il əvvəlin sözügedən yaramaz tendensiyası bu gün üçün də “aktuallığını” saxlamaqdadır. Müxtəlif beynəlxalq təşkilatlar, ayrı-ayrı şəxslər, o cümlədən, dünya rəsmiləri Azərbaycan – Ermənistan münasibətlərindən söz açarkən, tez-tez “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ münaqişəsi” və sair bu kimi ifadələr işlədirlər. Deməli, Azərbaycanın ərazi bütövlüyü anlayışına, ölkəmizin yurisdiksiyasına hörmətsiz yanaşırlar.

Azərbaycan Prezidentinin haqqında söz açdığı selektiv yanaşma dünyanın ölkəmizə münasibətdəki ikili standartlar siyasətinin göstəricisidir. İllərlə torpaqlarımızın işğal altında qalmasının bir səbəbi də məhz bu siyasət idi. Dövlət başçısı bu məsələ ilə bağlı Forum zamanı çıxışında bildirmişdir ki: “Təəssüflər olsun ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Mən hər zaman açıq danışmağı xoşlayıram. Mən onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibətləri ilə tamamilə razı deyiləm, narazıyam. Bu, ədalətsizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil”.

Cənab İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında Ermənistanın və havadarlarının ölkəmizə Naxçıvana çıxışı verməmək üçün etdiyi cəhdləri, habelə mövcud istiqamətdəki digər yolverilməz meyilləri də vurğulayıb. “Onlar istəyirlər ki, bizə bu çıxış verilməsin, onun qarşısı alınsın. Onlar gördülər ki, biz bunu etmirik, başladılar şikayətlə çıxış etməyə. Beləliklə, biz Dövlət Departamentinin rəsmisindən müəmmalı bəyanat eşitdik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir?”.

Məlum olduğu kimi, Azərbaycan Paşinyan hakimiyyətinin öhdəliklərini yerinə yetirməkdən imtinası, yəni Bakının “Zəngəzur dəhlizi” ideyasına qarşı beynəlxalq səviyyədə apardığı kampaniyanın mövcudluğu şəraitində yolun İran ərazisindən keçməsi təşəbbüsünü qaldırır. ABŞ bununla razılaşmır, C.O’Brayn isə Vaşinqtonun Bakı ilə münasibətləri korlayacağı ilə bağlı hədə-qorxu tonuna baş vurur. Əlbəttə, ölkəmizin cavabı onu deməyə əsas verir ki, belə yanaşma və təzyiq dili keçərsizdir. Prezident İlham Əliyev bu barədə bildirmişdir ki: “Ermənistanın hazırda iki variantı var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksin. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur”.

Dövlət başçısının “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirdiyi fikirlər, eləcə də həmin fikirlərə əsasən gəldiyimiz yekun qənaət İrəvanın öz şansını qaçırdığını söyləməyə əsas verir. Dövlətimizin başçısının İranla əldə edilmiş razılığın detallarından söz açması, Ermənistan üçün qatarın getdiyinin təsdiqi kimi qiymətləndirilə bilər.

Cavid Hüseynov
ADPU-nun ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər