Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib
Dərc olunub:
9-12-2023, 11:59
Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. Eyni zamanda general-polkovnik hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.