Sülh müqaviləsinin bağlanması səlahiyyətini prezidentə verək - TƏKLİF
Dərc olunub:
8-12-2023, 11:46
“Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə bəyanatı sülh müqaviləsinin bağlanması üçün əsas addım kimi qiymətləndirilə bilər. Amma bildiyiniz kimi sülh müqaviləsinin bağlanması Milli Məclisin səlahiyyətindədir”.
Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib.
"Sülh müqaviləsinə Milli Məclisin razılığı ilə baxılmalıdır. Təklif edirəm ki, biz yaxın zamanda Azərbaycan Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə birgə iclas keçirib sülh müqaviləsinin bağlanması səlahiyyətini prezidentə təhvil verməliyik", - o qeyd edib.