Avropa Məhkəməsi ermənilərin şikayətini rədd etdi

Avropa Məhkəməsi ermənilərin şikayətini rədd etdiAvropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş sədri Qrayr Tovmasyanın və məhkəmənin üç keçmiş hakiminin şikayətini qəbul etməyib.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisindən məlumat verilib.

Məhkəmə hüquqşunasların şikayətini qəbuledilməz elan edib: "AİHM-in qərarı qətidir və ondan şikayət verilə bilməz".

Hüquqşunaslar 2020-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasının bir neçə maddəsi üzrə hüquqlarının pozulması iddiası ilə məhkəməyə müraciət ediblər. Söhbət ədalətli məhkəmə istintaqı, mülkiyyət, şəxsi və ailə həyatına hörmət hüquqlarından, ayrı-seçkiliyə qadağadan gedirdi. İddiaçılar öz ölkələrində bu qərarla bağlı şikayət vermək imkanından məhrum olduqlarını və bu qərarın özbaşına olduğunu qeyd ediblər.

Xatırladaq ki, 2020-ci ilin iyununda Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin üç hakimini səlahiyyətlərindən məhrum edərək konstitusiyaya dəyişiklik edib. Daha sonra onlar AİHM-ə müraciət ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər