Sizin Reklam Burada

SPECA-ın fəaliyyətinə Azərbaycanın töhfəsi

SPECA-ın fəaliyyətinə Azərbaycanın töhfəsiPrezident İlham Əliyev: “Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmişdir”

Azərbaycan ötən həftə daha bir beynəlxalq tədbirə ev sahibliyi etmiş oldu. Belə ki, 20-24 noyabr 2023-cü il tarixlərində Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi keçirildi. SPECA həftəsi çərçivəsində 20 noyabr tarixində Ticarət və Gender və DİM-lər üzrə İşçi Qruplarının iclasları, 21-22 noyabr tarixlərində İqtisadi Forum, 23 noyabrda isə SPECA Rəhbər Şurasının 18-ci sessiyası və 24 noyabr tarixində SPECA Sammiti baş tutub. Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Prezident İlham Əliyev çıxış edərək Proqramının 25-ci ildönümü olduğunu qedy edib: “İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmişdir”. Hazırda Prezident Əliyev həm regionda, həm qlobal siyasətdə sülühn və inkişafın olması ümün şəxsi səylər göstərir.

Tədbirdə çıxışların cənab Prezidentin qlobal siyasətdə öz tərəfindən qarşılıqlı etimad və hörmət prinsiplərini təşviq etməsini vurğulamaları diqqət çəkib. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səmimi sözlərini qeyd etmək yerinə düşərdi: “Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin ünvanına söylənilən təşəkkür sözlərinə mən də qoşuluram …Qeyd etmək istəyirik ki, müasir ticarət və logistika mərkəzləri, xüsusi iqtisadi zonalar sərhəd yerlərində tikilməkdədir. Bu baxımdan biz hörmətli İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş Azərbaycan rayonlarında tarixi ədalətin bərpa olunmasını yüksək dəyərləndirir və Azərbaycanın bu yerlərdə gördüyü inanılmaz quruculuq işini qeyd etmək istəyirik. Əslində, əminəm ki, müsbət və perspektivli dəyişikliklər yeni imkanlar açacaq və regional əməkdaşlıq inkişaf edəcək”.

Yeri gəlmişkən, dövlətimizin başçısı çıxşında Özbəkistan və Qazaxıstanın işğaldan azad olunan ərazilərində görülən işlərə qardaşlıq dəstəyini xüusis qeyd edib: “Cari ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq”. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı da iştirak ediblər. Hazırda bu məktəb yüksək səviyyədə fəaliyyət göstərir. Burada çalışan müəllimlərlər və təhsil alan şagirdlər çox məmnundurlar.

Bakıda Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün keçirilməsi ölkəmizin və dünya mediasının gündəmində olub. Xüsusən, Prezident İlham Əliyevin SPECA-nın Zirvə görüşündə səsləndirdiyi fikirləri Rusiya mediasında geniş yayımlanıb. Bu ölkənin “Moskovskiy komsomolets” qəzeti Azərbaycan Liderinin çıxışına istinadla 2026-cı ilədək Qarabağa və Şərqi Zəngəzura 140 minədək keçmiş məcburi köçkünün doğma yurduna qayıdacağını bildirib. Qəzet azad olunmuş ərazilərdə yeni şəhər və kəndlərin inşa olduğunu diqqətə çatdırıb.

TASS agentliyi Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda ilkin mərhələdə 100 yaşayış məntəqəsinin bərpa olunacağını bəyan etdiyini bildirib. Agentlik xatırladıb ki, Prezident İlham Əliyev bir müddət əvvəl 2024-cü ildə Qarabağda bərpa işlərinə büdcədən 2,4 milyard dollar ayrılacağını vurğulamışdı. Həmçinin Rusiyanın “Arqumentı i faktı”, “News.ru”, “Lenta.ru”, “Profile.ru” nəşrlərində, telekanallarında və radiolarından yayımlanan informasiyalarında da Azərbaycan Prezidentinin Zirvə görüşündə səsləndirdiyi fikirlərə geniş yer verilib.

Eyni zamanda SPECA-nın yubileyinə həsr olunmuş Zirvə görüşünə Gürcüstan mətbuatı da geniş yer ayırıb. Gürcüstanın “realnews.ge”, “sputnik-georgia.ru”, “qafqazturk.com”, “aktual.ge”, “interpressnews.ge”, “24news.ge”, “1tv.ge”, “kavkasia.net”, “adjaratv.ge”, “newsday.ge” portalları tədbir barədə silsilə materiallar dərc ediblər.

Xatırladaq ki, Zirvə görüşünun sonunda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib. Cənab Prezidentin dediyi kimi bu sənədlər SPECA iştirakçı ölkələrinin nümayəndə heyətləri arasında müzakirə edilib və bütün tərəflər üçün məqbul hesab edilə bilən mətnlər üzrə razılıq əldə olunub. SPECA-ın 25 illiyində bu sənədlərin Azərbaycanda qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Bununla, Azərbaycan SPECA-ın fəaliyyətinə daha bir töhfə vermiş oldu.

Qasımov Səyavuş Kamran oğlu,
Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər