Sizin Reklam Burada

Milli ləyaqət yolu

Milli ləyaqət yoluGözümüzün önündə, bəlkə də gələcək yüzillərin yol xəritəsinin cizgilərini müəyyənləşdirən, təməlini atan, yölünü çəkən, körpülərini salan tarix yazılır... Sürətlə cərəyan edən hadisələrin içərisində yer almışıq deyə, bir çox hallarda baş verənlərə kənardan nəzər sala, yazılan tarixin hər sözünün, hər cümləsinin... böyüklüyünü görə bilmirik. Bu tarix əcdadlarımızın “göylərin sahibi” adlandırdıqları Xan Tanrı dağı qədər uca və müqəddəsdir. Bu tarix əcdadlarımızın vəsiyyətidir!

...Son 1 il ərzində Azərbaycan Prezidentinin qardaş türk dövlətlərinin liderləriylə keçirdikləri görüşlərdə, qarşılıqlı əlaqələrin strateji müttəfiqlik müstəvisində yüksəldilməsi və digər mühüm sənədlərin imzalanmasından sonra verilən bəyanatlarda bəzən bir, bəzən isə bir neçə dəfə təkrarlanan “Əcdadlarımızın vəsiyyəti” deyimi, sanki Türk Dünyasının çağdaş birliyi üçün leytmotiv xarakter daşıyır.

Eyni deyim Azərbaycan Prezidentinin Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə səsləndirildi və ölkələrimizin münasibətlərinin inkişafının “Əcdadlarımızın vəsiyyəti” olduğu bildirildi. Əcdadlarımızın vəsiyyəti isə təkcə dövlətlərimizin başçıları üçün deyil, bütövlükdə hər birimiz üçün istinad mənbəyi, söykəncək olmalıdır. Atalarımız, əcdadlarımız isə bizə bir olmağı, iri olmağı, diri olmağı vəsiyyət ediblər.

Atalarımızın bütün Türk Dünyasında, o cümlədən Azərbaycanda da dillər əzbəri olan Bilgə Xaqan kitabəsində yer alan vəsiyyətində, həm də bugünümüzə bir çağırış var: “Ey türk oğuz bəyləri, türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə türk ulusunu, türk yurdunu, türk dövlətini, türk törəsini kim dağıda bilər?! Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə (şəhidlərinə) layiq ol! Ey ölümsüz türk milləti, titrə və özünə dön!”

Bəli, bir olduqca, ulusumuz da, yurdumuz da, törəmiz də var olacaq. Birliyimizin kökləri isə tariximizdə, əcdadlarımızın vəsiyyətindədir. Tarix boyu məğlubiyyətlərimizin səbəbi öz tarixi köklərimizdən uzaq düşməyimizdə, zəfərlərimizin sirri isə özümüzə qayıtmağımızda olub.

Təxminən 1300 il öncə Bilgə Xaqanın ayrı-ayrı xaqların təsiri altına düşərək parçalanan, bölünən türk ulusuna etdiyi vəsiyyət bizə tarixin dərslərindən nəticə çıxarmağı tövsiyyə edir.

Şübhə etmirəm ki, Prezident İlham Əliyev çıxışında müstəqil inkişafımızın və birliyimizin yol xəritəsi haqqında danışanda, məhz tarixin yüz illərin arxasından boy verən həqiqətlərinə işarə edirdi.

Tarixi köklərimizə bağlılıq milli identikliyimizi, dəyərlərimizi qorumaqla yanaşı, bizi birləşdirən və qürursuzlar qarşısında təklənməyə qoymayan yeganə vasitədir. Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın zaman kəsiyi də sübuta yetirdi ki, imperiya ambisiyalarını saxta nəzəriyyələr və gəlişigözəl anlayışlarla pərdələyənlərin niyyəti bizi fərdlərə bölməklə assimilyasiyaya uğratmaqdan, bir xalq və türk etnosu olaraq Yer üzərindən silməkdən, torpaqlarımıza, mədəniyyətimizə sahiblənməkdən ibarətdir. Bu axına qarşı dayanmağın yolu isə ortaq kökə, dilə, tarixə, mədəniyyətə sahib olan xalqların birliyindən keçir! Son 200 il ərzində parçalanmalara, işğala, zülmə və saysız-hesabsız məhrumiyyətlərə məruz qalan Türk xalqlarının gələcəyi, istisnasız olaraq, bu həqiqəti alternativi olmayan reallıq kimi qəbul etməkdən ibarətdir. Və türk etnosunun öz liderlərinə münasibətdə dəyərləndirmələri də, məhz bu müstəvidə olmalıdır.

Azərbaycan Türk Dünyasının birliyi üçün, indi, sadəcə ideoloji mərkəz olaraq, tarixi missiyasını yerinə yetirmir, həm də bu birliyin bütün istiqamətlərdə möhkəm təməllər üzərindən inkişafı naminə əsl fədakarlıq nümunəsi göstərir və bunun nəticəsi olaraq, Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bu gün Türk dünyası yeni potensial əldə edir”, birgə, təhlükəsiz, firavan və işıqlı gələcəyə yol çəkir. Tanrı dağlarından Qafqaza qədər uzanan MİLLİ LƏYAQƏT YOLUnun üzərindəki bütün maneələrin aradan qaldırılması isə, yenə də xalqlarımızın birliyindən, liderlərimizin aydın baxışlarından... keçir.

Teymurçin Mirzəbəyli
Xətai rayon İcra Hakimiyyəti - aparıcı məsləhətçi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər