Türkiyəli səfir Azərbaycanla bağlı beynəlxalq təşkilatlara çağırış etdi
Öz torpaqlarını tamamilə işğaldan azad edib suverenliyini təmin etməsi münasibəti zəfərin üçüncü ilində Azərbaycanı bir daha təbrik edirəm.
Avrasiya.net xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Səfirin sözlərinə görə, Türkiyə 4o ildir terrora qarşı mübarizə aparmaqdadır. “PKK terrorunu dəstəkləyən qüvvələr onları eyni zamanda minalarla təmin ediblər. Bu müddət ərzində Türkiyə terrorla mübarizə aparmaqla yanaşı, mina təmizləmə sahəsində böyük təcrübə əldə edib”, - səfir bildirib.
Səfir bildirib ki, Türkiyə Azərbaycan torpaqlarını işğal etməsindən ötən 3 il ərazində torpaqlaırn minalardan təmizlənməsində öz dəstəyini göstərir və bu istiqamətdə birgə fəaliyyət göstərir: “Türkiyə ərazilərdən minalar tamamilə təmzilənədək birgə çalışacaq”.
Səfir çıxışında eyni zamanda beynəlxalq təşkilatlara mina təmizləməsində Azərbayacana yardım etmək barədə çağırış edib.