"Ermənistan rəhbərliyi uşaqları potensial cani kimi formalaşdırır"
“İstər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsi dövründə azyaşlı erməniəsilli uşaqları aktiv döyüş əməliyyatlarının olduğu bölgələrə gətirməklə onların psixologiyasında dərin yaralar buraxaraq gələcəkdə potensial cani kimi formalaşdırılması Ermənistan siyasi və hərbi rəhbərliyinin məqsədlərindən biridir”.
Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatı”nda bildirilib.
Qeyd olunub ki, öz təbirlərincə bu fəaliyyəti vətənpərvərlik və ermənipərəstlik adlandırır, həmin hərəkətlərə son qoymaq əvəzinə isə uşaqlara silahlar verərək onlara zorla hərbi dərslər verirlər.
Hesabatda diqqətə çatdırılıb ki, müharibə dövründə Ermənistan hərbi-siyasi hakimiyyətinin uşaqların əməyindən müharibədə istifadə etməsi barədə əldə etdiyimiz faktlara əsasən insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara bəyanat göndərilib. Lakin bütün bunlar Ermənistan siyasi və hərbi rəhbərliyini bu kimi hərəkətlərdən çəkindirməyib.