“Hədəfimiz Türkiyəni güclü dövlətlər sırasında görməkdir” - Səfir
“Hədəfimiz Türkiyəni dünyanın ən güclü iqtisadiyyatına malik ilk 10 dövləti sırasında görməkdir”.
Avrasiya.net report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı jurnalistlərə açıqlamasında deyib.
Səfirin sözlərinə görə, hazırkı dövr Türkiyə üçün çox önəmli bir zamandır: “Belə ki, Türkiyənin bir tərəfdən 100 illik modernləşmə, inkişaf yolunu xatırlatma, digər tərəfdən yeni bir 100 ilə girişinin ifadəsi baxımından olduqca vacibdir. Cümhuriyyətimizin qurucusu qazi Mustafa Kamal Atatürkün “ən böyük əsərim Cümhuriyyətdir” dediyi Türkiyəni ötən 100 ildə daha da inkişaf etdirib, böyük və güclü dövlətə çevirdik”.
C.Bağcı vurğulayıb ki, bundan sonra yeni hədəf Türkiyəni dünyanın ən güclü iqtisadiyyatına malik ilk 10 dövləti sırasında görməkdir: “Bu gün güclü Türkiyənin inşa edilməsində siyasətçilərimizin, elm adamlarımızın, son 20 ildə isə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük əməyi var”.
Səfir Cümhuriyyətin 100-cü ilinin coşqusunu Türkiyə ilə birgə yaşayan Azərbaycan xalqına təşəkkür edib.